23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Bu şəxslərə pulsuz MƏNZİLLƏR VERİLƏCƏK - QANUN DƏYİŞDİ

Bu şəxslərə pulsuz MƏNZİLLƏR VERİLƏCƏK - QANUN DƏYİŞDİ

Azərbaycanda valideyn himayəsindən məhrum olmuş uşaqlara yaşayış sahələri veriləcək.

Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliklə sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə aid olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri veriləcək.

Sənəd səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.


Tarix: 17-04-2020, 11:30 Oxunub: 90


Bölməyə aid digər xəbərlər