23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“AzerTelecom” xüsusi karantin rejimində ölkəni dayanıqlı internet xidməti ilə təmin edir

“AzerTelecom” xüsusi karantin rejimində ölkəni dayanıqlı internet xidməti ilə təmin edir
gununnebzi.az Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderi “AzerTelecom” şirkəti tərəfindən koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin rejimi şəraitində internet rabitəsinin dayanıqlı və fasiləsiz şəkildə təqdim edilməsi istiqamətində bütün lazımi tədbirlər həyata keçirilir.

Son günlərdə, eləcə də hazırda “AzerTelecom” şirkətindən internet və digər telekommunikasiya xidmətlərini əldə edən bütün iri internet xidmət təminatçılarına (ISP – internet service provider), eləcə də digər korporativ müştərilərə bu xidmətlərin göstərilməsində hər hansı bir problem müşahidə olunmur.

Şirkət mütəxəssisləri tərəfindən ölkəyə daxil olan əsas magistral kanalların dayanıqlılığına, eləcə də xidmətin təhlükəsiz şəraitdə çatdırılmasına 24/7 rejimində nəzarət edilir, müvafiq monitorinq tədbirləri və qiymətləndirmələr aparılır.

Hazırkı koronavirus pandemiyası şəraitində dövlət və özəl sektor üzrə müxtəlif xidmətlərin onlayn rejimə keçməsi, rəqəmsal xidmətlərdən istifadənin genişlənməsi və bu səbəbdən də internet üzərindən ötürülən trafikin həcminin əvvəlki dövrlərə nisbətdə artmasını nəzərə alaraq, şirkət tərəfindən provayderlərə təqdim olunan xidmətin dayanıqlılığının maksimum təminatı üçün bütün lazımi tədbirlər görülür. Həmçinin, şirkətin təqdim etdiyi internet rabitəsi xidmətinin fasiləsiz və dayanıqlı şəkildə təminatı üçün rezerv avadanlıqların daim işlək vəziyyətdə olmasına mütəmadi olaraq nəzarət edilir.

“AzerTelecom” Azərbaycanın telekommunikasiya operatorudur. Şirkət ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan “Bakcell” şirkətinin törəmə müəssisəsidir. “AzerTelecom” şaxələnmiş şəbəkə vasitəsilə Azərbaycanı beynəlxalq internet şəbəkəsi ilə birləşdirir. Şirkət telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. Hazırda “AzerTelecom” şirkəti Azərbaycanın rəqəmsal mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” (ADH) proqramını icra edir.


Tarix: 23-04-2020, 11:30 Oxunub: 46


Bölməyə aid digər xəbərlər