Koranavirusun ən böyük fəsadı təhsilimizə dəyəcək. Ali məktəbə hazırlaşan abituriyetnlərin işi daha çətin olacaq. Orta məktəblərdə və ali məktəblərdə dərslərə martın sonunadək ara verilib. Bu təxirəsalma müddətinin davam edib-etməyəcəyi də indidən bəlli deyil. Epidemiya təhlükəsi üzündən əhalinin bütün təbəqələrinin gəlir səviyyəsi də xeyli aşağı düşəcək. Neftin qiymətinin də katostrafik şəkildə aşağı düşməsi istər-istəməz öz sosial fəsadlarını göstərəcək.
Bu bizdən asılı olmayan bəla olduğuna görə Azərbaycan cəmiyyəti daha çox həmrəylik və intizam nümayiş etdirməlidir. Bunun üçün birinci növbədə online təhsil barədə düşünməliyik. Əksər evlərdə internet var, Rabitə Nazirliyi müəllimlər üçün güzəştli internet qiymətləri tətbiq etməklə, bütün müəllimlərin internet təminatına yardımçı olmalıdır. Müəllimlərin valideynlərlə və şagird-tələbələrlə online əlaqə qurması bu problemi çözməyə əsasən imkan verəcək. Müəllimlər məktəblərdə təmin olunan internet şəbəkəsi üzərindən bu işi daha rahat həyata keçirə bilərlər. Razılaşdırılmış bir neçə ortaq saat müddətində bir sinif və ya qrup üçün günlük dərsləri keçmək mümkündür. Repititor formatlı təhsil alanlar üçün eyni metodu tətbiq etmək daha asandır. Bəlkə də daha irəliçi bir forma var, bunu mütəxəssislər daha rahatlıqla təklif edə biilərlər. Hər bir halda Təhsil Nazirliyi tərəfindən atılan çevik tədbirlər planı dəstəklənməlidir, qeyd etdiyimiz istiqamətdə də çox güman ki, mütəxəssislərin məsləhəti ilə ciddi qərarlar qəbul olunacaq.
Fazil Mustafa, Millət vəkili
Bölməyə aid digər xəbərlər