11:12 / 19-11-2024
Sosial yardım nə qədər artırılacaq? - Rəqəmlər
11:07 / 19-11-2024
“Bu məlumatlara inanmayın!” - AMB-dən müraciət
09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
07:58 / 19-11-2024
Abxaziya “prezident”i istefa verdi - Foto
00:40 / 19-11-2024
Netanyahu İrana hücumun təfərrüatlarını açıqlayıb
21:59 / 18-11-2024
Biləsuvarda 35 yaşlı kişi bədbəxt hadisə nəticəsində öldü
21:44 / 18-11-2024
Maşını qaçırıb Bakı Olimpiya Stadionuna daxil olmaq istədi, həbs olundu
20:01 / 18-11-2024
“Dayanıqlı gələcək üçün irsin inkişafı” mövzusunda panel müzakirə keçirilib
19:57 / 18-11-2024
Balıq tutmağa getmişdi, çaydan meyiti tapıldı
19:56 / 18-11-2024
Conson Ukrayna ilə bağlı çağırış etdi
16:43 / 18-11-2024
Kremldən Rusiyaya raket zərbələri endirilməsi icazəsi ilə bağlı - Açıqlama
16:40 / 18-11-2024
Cinayət Məcəlləsində yeni maddə - 15 ilə kimi həbs!
13:30 / 18-11-2024
Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi
13:28 / 18-11-2024
“Mərkəzi Bank pul siyasətini yumşaldıb”
13:26 / 18-11-2024
Prezident rəsmilərlə görüş keçirir - Fotolar - Yenilənib
12:23 / 18-11-2024
Hərbi xidmətdən yayınan gənc həbs edildi
12:21 / 18-11-2024
Minimum pensiya bu qədər olacaq
12:20 / 18-11-2024
Yeniyetmə özünü 13-cü mərtəbədən atdı
12:18 / 18-11-2024
Gələn il minimum əməkhaqqı - 400 manat olacaq
12:18 / 18-11-2024
7 min manat cəriməsi olan sürücü həbs edildi
08:18 / 18-11-2024
“Raketlər öz sözünü deyəcək” - Zelenskidən ilk açıqlama
08:03 / 18-11-2024
Onlar da Rusiyaya zərbə endirməyə icazə verdi
08:00 / 18-11-2024
Bayden Ukraynaya Rusiya ərazisini vurmağa icazə verdi
19:37 / 17-11-2024
COP29-dakı qərarlar dünyaya güclü mesaj olmalıdır - Çunqonq
19:32 / 17-11-2024
Ukraynanın cavabı: Belqoroda hücum etdi
19:24 / 17-11-2024
Şolts Putinlə yenidən danışacaq
19:23 / 17-11-2024
Fatih Terim "Qarabağ" klubunun bazasını ziyarət ETDİ-VİDEO
19:20 / 17-11-2024
Nəfəs: "Sevgilimlə it-pişik kimiyik" - VİDEO
19:15 / 17-11-2024
"Hizbullah"ın sözçüsü öldürüldü
16:38 / 17-11-2024
Ucarda sanitariya-gigiyena qaydalarını pozan şəxslərlə bağlı tədbir görüldü
16:37 / 17-11-2024
Rusiya Türkiyədən geyim idxalını yarıbayarı azaltdı
16:33 / 17-11-2024
İlham Əliyev Jan Kristof Rollan ilə görüşdü - Fotolar
Prezident “Dəmir yumruq” ifadəsinin necə yarandığını AÇIQLADI
“Azərbaycan müdafiə naziri məruzə etdi ki, təmas xəttindəki mövqelərimiz və bir neçə yaşayış məntəqələrimiz Ermənistan tərəfindən artilleriya atəşinə məruz qalıb. Cavab atəşinin açılması ilə bağlı qərar verildi və biz bununla qaçılmaz olan müharibəyə girdik”.
GununNebzi.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Natsionalnaya oborona” (Milli müdafiə) jurnalına verdiyi müsahibədə deyib.
Onun sözlərinə görə, 44 günlük müharibə bu məlumatla başladı:
“Hadisələr çox sürətlə inkişaf etməyə başladı. Hərbi fəaliyyətlərin birinci günündə Azərbaycan Ordusu Kəlbəcər rayonunda, Murovdağın Ağdərə istiqamətindəki vacib strateji yüksəklikləri, eləcə də Füzuli rayonun dörd, Cəbrayıl rayonunun iki kəndini azad etdi.
Biz həmçinin həmin gün düşmənin birinci müdafiə xəttini yarmağa nail olduq və bundan sonra 44 gün ərzində ancaq irəli getdik”.
Dövlət başçısı bildirib ki, müharibə vəziyyətində olan – bu münaqişə dondurulmuş olsa belə - ölkədə hərbi əməliyyatların aparılması planı, əlbəttə ki, çoxdan hazırlanırdı:
“Əlbəttə ki, Azərbaycanın yeni imkanları, yeni reallıqlar, o cümlədən texnoloji yeniliklər nəzərə alınaraq, həmin planda periodik olaraq dəyişikliklər edilirdi və hər dəfə həmin dəyişikliklər şəxsən mənim tərəfimdən təsdiq olunurdu. Bu, təbiidir.
Mən bilirəm ki, erməni tərəfinin müharibə başlanacağı təqdirdə öz hərəkət planları vardı. Demək olar ki, Ermənistan onun reallaşdırılmasına 2020-ci il sentyabrın 27-də başladı.
Beləliklə, müharibə zamanı hərəkətlərimizin əsası, əlbəttə ki, bu tarixdən xeyli əvvəl hazırlanmışdır, lakin hərbi əməliyyatlar boyunca dəyişikliklər etdik.
Bu, onunla əlaqəli idi ki, birincisi, illər ərzində hətta əhəmiyyətsiz informasiyanın sızıntısının qarşısını almaq belə mümkün deyildi. Biz belə qənaətə gəldik ki, düşmən bizim niyyətimizdən xəbərdardır. Hərbi əməliyyatlar zonası kifayət qədər dar idi və istənilən hərbi mütəxəssis əməliyyatların əsasən harada keçiriləcəyini müəyyən edə bilərdi. Buna görə biz demək olar ki, hər gün hərbi fəaliyyət planında dəyişikliklər edirdik”.
İlham Əliyev bildirib ki, hər gün o, Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərliyi ilə iclaslar keçirirdi:
“Bu iclaslarda biz ötən günün nəticəsini hazırlayır, çatışmazlıqları göstərir, eləcə də növbəti gün üçün planı hazırlayır və təsdiqləyirdik. Buna görə də sutka boyu aktiv iş gedirdi və bir çox hallarda bizim fəaliyyətimiz, bizim əməliyyatlarımız düşmən üçün gözlənilməz olurdu.
Əks-hücum əməliyyatının adına gəlincə, əlbəttə ki, hərbi əməliyyatların əvvəlində onun adı yox idi. “Dəmir yumruq” ifadəsini mən bir neçə dəfə şəhər və kəndlərin işğaldan azad edilməsi ilə bağlı Azərbaycan xalqına müraciətimdə istifadə etmişəm. Mən bir neçə dəfə demişəm ki, əgər düşmən işğal olunmuş ərazilərimizdən öz istəyi ilə getməsə, bizim dəmir yumruğumuz onun başını əzəcək. Bu fikirlərim cəmiyyət tərəfindən müsbət qarşılandı və mən əməliyyatın “Dəmir yumruq” adlandırılması qərarına gəldim. Ancaq bu, birdən deyil, hərbi əməliyyatların gedişində baş verdi”.(manset.az)
Bölməyə aid digər xəbərlər

Tarix: 24-09-2021, 11:27 Oxunub: 236
Bölməyə aid digər xəbərlər
4-10-2020, 00:16
Düşmənin dörd tankı məhv edildi, üçü ələ keçirildi: Ermənilər çox sayda itki verdi - RƏSMİ
10-10-2020, 13:20
Atəşkəs rejimi Ermənistan tərəfindən kobudcasına pozulur - RƏSMİ
29-09-2020, 13:01
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti AÇIQLADI
17-10-2020, 11:08
Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək - Prezident
4-10-2020, 11:00
Müdafiə Nazirliyi: Kəndlərimiz raket və artilleriya atəşinə tutulur