23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Prezident Gömrük Komitəsinə dörd milyon manat ayırdı

Prezident Gömrük Komitəsinə dörd milyon manat ayırdı

gununnebzi.az Prezident İlham Əliyev “Xanoba” gömrük postunda tikinti işləri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postunda tikinti işlərinin aparılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.66-cı bəndində göstərilmiş məbləğdən Dövlət Gömrük Komitəsinə ilkin olaraq dörd milyon manat ayrılıb.


Tarix: 27-04-2020, 11:30 Oxunub: 115


Bölməyə aid digər xəbərlər