23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
AMEA əməkdaşlarının məzuniyyət müddəti uzadıldı

AMEA əməkdaşlarının məzuniyyət müddəti uzadıldı

gununnebzi.az AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar akademiya əməkdaşlarının işə davamiyyətinin tənzimlənməsi haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli qərarına müvafiq olaraq əməkhaqqı saxlanılmaqla AMEA əməkdaşlarının işə davamiyyəti 28 aprel tarixindən 4 may 2020-ci il saat 00:00-dək təxirə salınır.

Bundan əlavə, AMEA-nın fasiləsiz iş rejimində fəaliyyət göstərən bəzi müəssisə, təşkilat və xidmətlərində təxirə salınması mümkün olmayan işlərin xüsusi əmək rejiminin qaydalarına riayət edilməklə yerinə yetirilməsi tövsiyə olunub.

Xatırladaq ki, Nazirlər Kabinetinin 18 aprel 2020-ci il tarixli qərarına əsasən, ölkə ərazisində xüsusi karantin rejimi 2020-ci il 4 may saat 00:00-dək uzadılıb. Həmçinin, xüsusi karantin rejimi ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən daha əvvəl müəyyən edilmiş bütün məhdudiyyətlər, tələblər və rejimlər həmin müddət ərzində qüvvədə saxlanılıb.


Tarix: 27-04-2020, 13:00 Oxunub: 123


Bölməyə aid digər xəbərlər