23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Mənsimovun vəziyyəti ağırdır - Koronavirusa yoluxması an məsələsidir

Mənsimovun vəziyyəti ağırdır - Koronavirusa yoluxması an məsələsidir
Mənsimovun vəziyyəti ağırdır - Koronavirusa yoluxması an məsələsidir
“Palmali” Şirkətlər Qrupunun qurucusu və sahibi Mübariz Mənsimovun səhhətində ağırlaşmalar var.

gununnebzi.az xəbər verir ki, onun vəziyyətinin kritik olduğu bildirilir.

Həbs edilmədən qısa müddət əvvəl cərrahi əməliyyat keçirən iş adamının yarası iltihablanıb, bədənində şişkinliklər əmələ gəlib, qaraciyərində problemlər ortaya çıxıb. Buna səbəb isə əməliyyatdan sonra müalicəsinin lazımi səviyyədə aparılmamasıdır. Onun qaldığı şəraitin hər cür infeksiyanın, o cümlədən, koronavirusun yayılmasına uyğun olduğu qeyd edilir. Bildirilir ki, immuniteti zəiflədiyi üçün artıq gəzməkdə də çətinlik çəkir.

Mənsimovun vəkilləri onun səhhəti və həkim nəzarətində olmasının vacibliyi ilə bağlı sənədlər hazırlayaraq aidiyyəti orqanlara təqdim etsələr də, həbs şəraitində heç bir dəyişikliik edilməyib.

Qeyd edək ki, Mübariz Mənsimov 29 fevralda cərrahi əməliyyat keçirib. 15 mart 2020-ci ildə FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilərək saxlanılıb. 17 martda həbs edilərək Silivri həbsxanasına göndərilib.


Tarix: 28-04-2020, 17:05 Oxunub: 88


Bölməyə aid digər xəbərlər