23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Bakı-Sumqayıt yolunda beton sədlər yığışdırılır? - RƏSMİ CAVAB

Bakı-Sumqayıt yolunda beton sədlər yığışdırılır? - RƏSMİ CAVAB

gununnebzi.az “Bakı-Sumqayıt yolunda yerləşdirilən beton arakəsmələr ərazidən götürülür”.

Bu barədə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

O bildirib ki, yenidənqurma işləri çərçivəsində Bakı-Sumqayıt şossesində qoyulmuş beton arakəsmələr yoldan kənarlaşdırılır:

“Sözügedən ərazidə yerləşdirilən beton arakəsmələrlə bağlı bəzi vətəndaşlar tərəfindən agentliyə müraciətlər ünvanlanıb. Ümumilikdə, vətəndaşların müraciətləri nəzərə alınaraq, aidiyyəti dövlət qurumları ilə danışıqlar aparılıb. Ortaq razılıq əsasında, sözügedən ərazidə yenidənqurma işləri çərçivəsində aparılan layihədə dəyişiklik olunub. Hazırda ərazidə qoyulan dəmir-beton maneələr yoldan kənarlaşdırılır”.


Tarix: 4-05-2020, 16:59 Oxunub: 125


Bölməyə aid digər xəbərlər