23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Səidə Qocamanlı: “Bundan sonra yerlərdə yeni təyin olunan kadrların üzərinə böyük məsuliyyət düşəcək...”

Səidə Qocamanlı: “Bundan sonra yerlərdə yeni təyin olunan kadrların üzərinə böyük məsuliyyət düşəcək...”

Tanınmış hüquq müdafiəçisi ölkəmizdə korrupsiyaya qarşı aparılan mübarizə tədbirləri ilə əlaqədar gedən bəzi proseslərlə bağlı əməkdaşımızın suallarını cavablandırmışdır

- Səidə xanım, məlum olduğu kimi, son günlər Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində Yevlax şəhərinin və Ağstafa, Biləsuvar, İmişli və Neftçala rayonlarının icra hakimiyyəti başçıları, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələri həbs olunmuşlar.

Sizcə vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun cinayət-hüquqi tədbirlərin görülməsini zəruri edən hansı səbəblər olmuşdur?

- Son günlərdə baş verən həbslər bir daha onu sübut etdi ki, idarəetmə sistemində ciddi islahatlara ehtiyac var. Hər bir məsul vəzifəyə təyin olunan şəxs birmənalı bilməlidir ki, vəzifə kreslosuna əyləşərək o, şəxsi mənafeyi üçün yox, millət üçün çalışmalıdır. Millət üçün çalışaraq isə o, ölkəsini daha firavan, daha cazibəli etmək kimi məsuliyyəti daşımalıdır. Təəssüflər olsun ki, yaramaz hərəkətləri ilə görməmişlikdən, hərislikdən qurtula bilməyənlər, özünün, yaxınlarının şəxsi maraqlarını üstün tutub yerlərdə sadə vətəndaşların hüquqlarını pozan, onların bir parça çörəklərinə göz dikən, narazıçılıqlar yaradan hər bir məmurun aqibəti sonda məsuliyyətə cəlb etməklə sonunclanmalı idi. Zənnimcə, belə şəxslər ən ağır qınağa məhkumdurlar.

- Yüksək vəzifəli dövlət qulluqçuları tərəfindən yol verilən korrupsiya əməllərinin qarşısı qətiyyətlə alınmadığı halda, bu kimi əməllərin cəmiyyətimizdə daha hansı fəsadlara yol aça biləcəyinə dair nə kimi fikirləriniz var?

- Gec də olsa, öz vəzifələrindən sui-istifadə edən məmurların çirkin əməllərinə artıq qiymət də verilir. Təəssüflə demək lazımdır ki, onların cəmiyyətə vurduğu əməllərdən əziyyət çəkən vətəndaşlar həm mənəvi, həm maddi nöqteyi-nəzərdən aldıqları ziyanı heç nə ilə əvəz etmək olmayacaq. Yerlərdə məmur özbaşınalığından zərər çəkmış, ədalətsizliklərlə üz-üzə qalmış neçə insan öz şikayətləri ilə qapımızı döyüblər... Bundan sonra isə yerlərdə yeni təyin olunan kadrların üzərinə böyük məsuliyyət düşəcək. Onlar cəmiyyətdə yaranan narazılıqlara, ümidsizliyə, inamsızlığa son qoymaq üçün kabinetlərində rahat kreslolarında yox, insaların arasında olmalı,onların problemlərini operativ həll etmək üçün var gücləri ilə çalışmalı olacaqlar.

- Bu gün bzi böyük təəccüb və təəssüf hissi ilə aşkar edirik ki, bir tərəfdən erməni təcavüzkarlığı nəticəsində onsuz da çoxsaylı vandalizmə məruz qalmış mədəniyyətimizi bir tərəfdən də öz məmurlarımız, həm də əslində bu mədəniyyətin keşiyində durmalı olan məmurlar talan etməklə məşğuldurlar. Sizcə, belələrinə qarşı qanunun ən sərt formada tətbiqini tələb edən cəmiyyətimiz nə dərəcədə haqlıdır?

- Hüquq müdafiəçiləri uzun illərdir ki, mədəniyyətimizə, memarlıq abidələrimizə vurulan ziyanlar haqqında təbillər çalıb, mədəniyyət sahəsində, inşaat sahəsindəki müvafiq instansiyalara durmadan müraciətlər edib. Hətta, xatirimdədir ki, dağılmaqlarına fərman verilmiş neçə qədimi binaların qarşısında piketlər də keçirmişik. Nə fayda? Bizi eşidən, dinləyən olmadı. Vaxtı itirdik, gözəl binalar məhv edildi və yerində kimlərinsə cibinə pul axıtmaq naminə üzdəniraq formalı, cansız, standart göydələnlər tikildi. Bakının ən gözəl guşələrinə nə qədər ziyan dəyib! İndi o gözəllikləri kim qaytara biləcək? Gündə bir Avropa ölkəsini cövranlayan məmurlar orada hər bir çəlimsiz belə olan, amma tarıxin izlərini özlərində daşıyan evlərin necə əzizlənib qorunmasını görməyiblərmi? Bizdə isə “haydı, irəli” bağıraraq tarixi əhəmiyyətinə baxmayıb neçə gözəl, möhtəşəm binaları yerlə yeksan etdilər. Elə götürək keçmiş Sovetski ərazisində olan binaları. Onların arasında tarixi əhəmiyyət daşıyan, gözəllikləri ilə insanı məftun edən binalar az idimi? Bəyəm onları qoruyub Bakının keçmişinə aid muzey, mədəni guşə, yaxud kafelər kimi qorumaq olmazdımı? Çox heyif ki, neçə professional, Bakının təəssübünü çəkən memarların fikirlərinə, narahatçılıqlarına biganə qalaraq şəhərimizi onun qədrini bilməyən, naşı, həris məmurlara tapşıranlar paytaxtımızın tarixinə görünməyən zərbə vurdular... Onun nəticəsində də Bakımızın landşaftı da pozulub, bütün hava koridorları da qapanıb. Hələ mən yaşıllığa vurulan ziyanı demirəm. Küçələr boyu səkilərdə kölgəlik yaradan o gözəl ağacları kökündən məhv edib yerində binaların tikilməsinə icazə verən, şəhəri bərbad hala salanlara nə deyək? Son günlərdə Mədəniyyət Nazirliyinin rəsmilərinin həbsi bir daha gösrərdi ki, zəngin mədəniyyət daşıyıcısı olan xalqımızın bizlərə miras qoyduğu dəyərlərə nə qədər ziyan vurulub. Dağılanları qaytara bilməsək də, barı hələ qorunmalı olan mədəni irsimizə sahib çıxaq.

- Səidə xanım, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2018-ci ildən bəri həyata keçirilən hüquqi, institusional və kadr islahatlarının əsas xətlərindən biri kimi korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi yönümündə atılan addımları, fikrinizcə, effektiv hesab etmək olarmı?

- 2018-ci ildən bəri ölkə başçısı tərəfindən həyata keçirilən islahatları, cəmiyyətə ünvanlanan ümidverici messajları görməmək mümkün deyil. Hazırda pandemiyanın dünyada yaratdığı çətin bir dövr yaşayırıq. Belə bir zamanda islahatların geniş vüsət alması, kadr dəyişikliklərinin aparılması, korrupsiyanın qarşısını almağa yönələn addımların genişləndirilməsi insanlarda gələcəyə inam yaradır. Bu inamı qırmamaqdan ötrü isə cəmiyyətin bütün təbəqələri, vətəndaş cəmiyyəti, ziyalılar, mətbuat bir nöqtəyə vuraraq Azərbaycanın daha da cazibəli olmasına səylərini birləşdirməlidirlər.

aia.az


Tarix: 13-05-2020, 18:00 Oxunub: 93


Bölməyə aid digər xəbərlər