23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Tərbiyəçi uşağı bu bağçada döyüb - Fotolar

Tərbiyəçi uşağı bu bağçada döyüb - Fotolar

Sosial şəbəkələrdə uşaq bağçasında körpəyə qarşı şiddət göstərilməsini əks etdirən görüntülər böyük rezonans doğurub.

GununNebzi.az
“Qafqazinfo”-ya istinadən əldə etdiyi məlumata görə, xoşagəlməz hadisə bu həftə İsmayıllı rayonu 1 saylı körpələr evi-uşaq bağçasında baş verib.

Sözügedən bağçanın müdiri Abdullayeva Qalibə Əli qızıdır. O, 1989-cu ildən hadisənin baş verdiyi uşağ bağçasına rəhbərlik edir.

Tərbiyəçinin azyaşlının başına zərbə endirməsinə gəlincə, bu, qadının uşağın şəklini çəkdiyi an baş verib. Belə ki, tərbiyəçi göstəriş üçün şəkil çəkmək məqsədilə azyaşlıdan şirniyyatı ağzında tutmasını istəyib. Uşaq da buna əməl etməyincə, tərbiyəçi onun başına zərbə endirib.

Maraqlıdır ki, uşağ bağçasının sosial şəbəkə hesablarında uşaqların ağzında yemək ikən çəkilmiş fotoları kifayət qədərdir. Azyaşlının döyülməsini əks etdirən görüntünün yayılmasından sonra, digər uşaqların da şəkillərinin çəkilməsi zamanı zorakılığa əl atılıb-atılmaması sual yaradır.

Qeyd edək ki, hadisə ilə bağlı həm Təhsil Nazirliyi, həm də Daxili İşlər Nazirliyi araşdırma başladıb.
Tərbiyəçi uşağı bu bağçada döyüb - Fotolar
Tərbiyəçi uşağı bu bağçada döyüb - Fotolar
Tərbiyəçi uşağı bu bağçada döyüb - Fotolar
Tərbiyəçi uşağı bu bağçada döyüb - Fotolar

Tarix: 14-01-2022, 07:49 Oxunub: 227


Bölməyə aid digər xəbərlər