23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
ABŞ paytaxtında Azərbaycan Milli Günü elan edilib

ABŞ paytaxtında Azərbaycan Milli Günü elan edilib


ABŞ-ın paytaxtı Vaşinqton şəhərinin meri Myuriel Bouzer Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102 illiyi ilə əlaqədar bəyannamə imzalayıb.

Mer Bouzer bəyannamədə Azərbaycanın 1922-ci ildə Sovet Birliyinə daxil edildiyi və 60 ildən sonra yenidən - 1991-ci ildə müstəqilliyini bərpa etdiyini yazıb.

O qeyd edib ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra qoruyub və möhkəmləndirib. Mer həmçinin vurğulayıb ki, Azərbaycanın suverenlik və müstəqilliyini dəstəkləyən ABŞ-ın etibarlı müttəfiq və strateji tərəfdaşına çevrilib.

Mer Bouzer bəyannamədə Azərbaycan Demokratik Respublikasının yaranmasının 102-ci il yubileyində dünyada yaşayan milyonlarla və ABŞ-da yaşayan on minlərlə azərbaycanlı tərəfindən 28 May tarixinin Milli Gün olaraq qeyd edildiyini və Vaşinqton şəhərində Azərbaycan Milli Günü elan etdiyini bildirib.

Qeyd edək ki, bu il COVID-19 pandemiyası ilə əlaqədar bəyannamə mer ofisi tərəfindən Azərbaycanın Vaşinqtondakı səfirliyinə təqdim olunub.


Tarix: 27-05-2020, 13:30 Oxunub: 140


Bölməyə aid digər xəbərlər