Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 saylı Uşaq Evinin sakinlərinə, həmçinin Uşaq Psixonevroloji Mərkəzində müalicə alan və daimi yaşayan azyaşlılara hədiyyələr təqdim edilib.
GununNebzi.az xəbər verir ki, Heydər Əliyev Fondunun bayram hədiyyələri müxtəlif idman qurğuları, velosipedlər, skuterlər, sürüşkənlər, geyim dəstləri, zehni inkişaf oyunları və oyuncaqlardan ibarət olub.
Qeyd edək ki, Heydər Əliyev Fondu uşaq evləri və internat məktəblərini daimi diqqət mərkəzində saxlayır. Fond yeni növ koronavirus (COVID 19) pandemiyası dövründə də himayəsində olan müəssisələri zəruri tibbi ləvazimatlar, qoruyucu vasitələrlə təmin edib.
Bölməyə aid digər xəbərlər