18:46 / 07-11-2024
AZCON yaradıldı
23:06 / 06-11-2024
Netanyahu Trampa zəng etdi
23:02 / 06-11-2024
Hərbçimiz intihar etdi
19:35 / 06-11-2024
Sabah qaz olmayacaq
Bakıda yolu təmir etmək əvəzinə, yamaq vurdular - RƏSMİ AÇIQLAMA + FOTO

Bakıda yolu təmir etmək əvəzinə, yamaq vurdular - RƏSMİ AÇIQLAMA + FOTO

Sosial şəbəkə istifadəçiləri Sabunçu rayonunda küçənin təmir olunması ilə bağlı yayılmış fotoşəkli birmənalı qarşılamayıb.

Paylaşılan kadrda yolun tam təmiri əvəzinə, müxtəlif hissələrinə yamaqların vurulduğu diqqətdən qaçmayıb.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladıq.

Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-a açıqlamasında bildirib ki, yolun fotodakı kimi təmir olunmasında qeyri-adi heç nə yoxdur:

“Əksinə, tam olaraq qayda-qanunla təmir işləri görülür. Yayılan şəkildəki yol asfalt örtüklü yoldur və müəyyən hissələrində xırda dağılmalar var. Həmin yerlərdə asfalt beton örtük sökülür və yeni asfalt-beton örtüklə əvəzlənir”.

A.Nəcəfli yolların belə təmir edilməsi səbəbindən də danışıb:

“Bu, ona görə edilir ki, həmin çat əmələ gəlmiş yerin sahəsi daha da böyüməsin. Bu cür cari təmir işləri aparılmasa, nəticədə, biz həmin işləri daha böyük sahələrdə görməli olacağıq.

Bu fotonu yayan şəxs və ya şəxslər istəyirlər ki, bir-iki kvadrat metrlik ərazi əvəzinə, 10-20 kv.m-lik ərazi qaşınıb asfaltlansın? Bu cür yanaşma düzgün deyil. Görülən işləri məsxərəyə qoymaq olmaz. Elə olur ki, bir, on, yüz, hətta min kvadrat metrlik sahədə belə işlər görülür. Bu da yolda əmələ gəlmiş çat və dağılmaların qarşısını almaq üçündür”.


Tarix: 6-06-2020, 16:40 Oxunub: 53


Bölməyə aid digər xəbərlər
22-05-2020, 18:22 Yol polisindən XƏBƏRDARLIQ