23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Sərt karantin rejimi ilə bağlı yol polisindən AÇIQLAMA + VİDEO

Sərt karantin rejimi ilə bağlı yol polisindən AÇIQLAMA + VİDEO

Sərt karantin günlərində cərimələnənlərin sayı açıqlanıb. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, iki gündə qadağanın tətbiq edildiyi 4 şəhər və 1 rayonda qaydaları pozan 1500-dən çox hərəkət iştrakçısı cərimə edilib. Ən çox qaydaları pozanlar isə Bakı şəhərində olub.

İki gündə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhəri və Abşeron rayonunda karantin qaydasını pozan 1500-dən çox hərəkət iştirakçısı cərimə edilib.

Bu barədə məlumatı ''Xəzər Xəbər''ə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib. Onun sözlərinə görə, iyunun 6-dan yəni qadağa qüvvəyə mindiyi tarxidən 8 iyuna qədər qaydalara əməl etməyənlər arasında tibbi maskadan istifadə etməyənlərə də rast gəlinib.

Qeyd edək ki, karonavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə iki günlük hərəkətin dayanması zamanı ən çox qayda pozuntusuna yol verən şəxslər paytaxda olub. Onların da sayı 116 nəfər olub ki, onlar da İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 100 manat cərimə ediliblər. Kamran Əliyev deyir ki, iki gündə qadağanın tətbiq edildiyi şəhər və rayonlarda xüsusi texniki vasitələrin köməyinə ehtiyac olmayıb. Qeyd edək ki, qadağanın tətbiq edildiyi4 şəhər və 1 rayonda təxminən 6 milyona yaxın əhali yaşayır. Cərimə olunanların sayı isə onu deməyə əsas verir ki, insanlar iki günlük qadağaya ciddi əməl ediblər.

Kamran Əliyev deyir ki, bu həftəsonu da hərəkətin qadağan edilməsi ilə bağlı qərar çıxarılarsa, polis postları yenindən qurulacaq.


Tarix: 9-06-2020, 14:00 Oxunub: 77


Bölməyə aid digər xəbərlər