“Balkondan zibil atanların əksəriyyəti cavan insanlar idi. Onların evlərində valideynləri yox idi? Valideyn görmürdü ki, bu zibili hara atır? Ən azından müdaxilə olunmalı idi ki, ayıbdır, polis işçisi bizi qoruyur”.
Bu sözləri Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev AzTV-də yayımlanan “Çıxışa doğru” verilişində deyib:
“Polis işçisi icazəsiz bayıra çıxan adama irad bildirməyə bilməz. O şəxslər həm də evdə oturan insanların da haqqına girirlər. Onlar bu qaydalara əməl edib evdə otururlarsa, demək, sən də oturmalısan. Sənin bayıra çıxmağın evdə oturanın haqqının pozulmasıdır. Qanuna tabe olub evdə oturan şəxslərin sayı minlərlə, milyonlarladır. Daxili İşlər Nazirliyinin rəhbəri şəxsi heyət adından evdə oturub qanuna riayət edən hər kəsə təşəkkürünü bildirdi”.
Bölməyə aid digər xəbərlər