23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Keçmiş deputatın qızının 115 min qazpulu borcu var

Keçmiş deputatın qızının 115 min qazpulu borcu varAzərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru, keçmiş deputat Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyevanın 115 min manat qazpulu borcu olduğu iddia edilir.

GununNebzi.az xəbər verir ki, Bu barədə Meydan TV-yə “Azəriqaz”dakı mənbə məlumat verib. Mənbənin sözlərinə görə, Ç.Hacıyevaya pulun ödənilməsi barədə xəbərdarlıq edilsə də, o, ödəməkdən imtina edib. Ona görə də “Azəriqaz” borcun ödənilməsi tələbilə məhkəməyə müraciət edib.

“İddia ərizəsi Bakı Kommersiya Məhkəməsinə verilmişdi. Amma məhkəmə bu işə baxmaqdan imtina edib”, - deyə məlumatda bildirilir.

Məhkəmədən də məlumatı təsdiqləyiblər. Bildirilib ki, “Azəriqaz”ın Ç.Hacıyevaya qarşı 115 min manatlıq borc tələbilə qaldırdığı iddia ərizəsi baxılmamış saxlanılıb. Çünki məhkəmə təyin edilsə də, nə “Azəriqaz”ın nümayəndəsi gəlib, nə də cavabdeh Ç.Hacıyeva: “Buna görə də iddianın baxılmamış saxlanması barədə qərar çıxarılıb. Amma iddiaçı tərəf – “Azəriqaz” istəsə, yenidən məhkəmədə bu barədə iddia qaldıra bilər”.

Ç.Hacıyevadan münasibət öyrənmək mümkün olmayıb. Ç.Hacıyeva atası rektor olduğu dövrdə İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər üzrə ali təhsil alıb. Daha sonra universitetin Xüsusi istedadlar fakültəsinin dekanı olub.


Tarix: 17-06-2020, 13:56 Oxunub: 115


Bölməyə aid digər xəbərlər