23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“Şəhərlərdə tibbi-sanitar postların qurulmasına ehtiyac var”

“Şəhərlərdə tibbi-sanitar postların qurulmasına ehtiyac var”Sərdar Cəlaloğlu: “Sərbəst gəzən vətəndaşların sağlamlıq durumu mütəmadi şəkildə yoxlanılmalıdır”
Ölkəmizdə pandemiyaya qarşı mübarizə davam edir. Lakin görülən bütün tədbirlərə rəğmən koronavirusa yoluxanların sayında ciddi artım müşahidə olunur ki, bu da mövcud narahatlığın miqyasını artırır.


ADP sədri Sərdar Cəlaloğlu, indiki şəraitdə tibbi xidmətlərin miqyasının genişləndirilməsi gərəkdiyinə diqqət çəkdi:
“Hazırda ölkəmizdə çox təhlükəli bir vəziyyət yaranıb. Yoluxmaların sayı kəskin şəkildə artıb. Dünyada koronavirusun ikinci dalğasının yayaılması riski var. Belə bir şəraitdə çalışmalıyıq ki, əhalimizi mümkün qədər xilas edək. Bunun üçün sadəcə evdə qalmaq kifayət deyil. Ölkə əhalisinin müəyyən bir hissəsi var ki, bunlar icazəlidir və sərbəst hərəkət edə bilir. Bu adamların da ciddi şəkildə sanitar qaydalarına əməl etməsi vacibdir.
Şəhərlərdə çoxlu sanitar postlar qoyulmalıdır. Sərbəst gəzən vətəndaşların sağlamlıq durumu yoxlanılmalıdır. Yəni tibbi tədbirlərin sayını mümkün qədər artırmaq lazımdır. Sırf inzibatçılıqla bu xəstəliyə qalib gəlmək mümkün deyil. Tibbi tdbirlər nə qədər genişlənərsə, vəziyyət bir o qədər çox yaxşılaşar”.


Tarix: 26-06-2020, 19:51 Oxunub: 73


Bölməyə aid digər xəbərlər