01:09 / 08-11-2024
FED uçot dərəcəsini endirib
00:17 / 08-11-2024
Putin Trampı təbrik etdi
00:15 / 08-11-2024
Şuşa 4 ildir ki, azaddır...
18:46 / 07-11-2024
AZCON yaradıldı
Könül Nurullayeva: “Prezidentin tibbi maskadan istifadə etməsi hər birimiz üçün nümunə olmalıdır”

Könül Nurullayeva: “Prezidentin tibbi maskadan istifadə etməsi hər birimiz üçün nümunə olmalıdır”“Artıq tibb mütəxəssisləri də bəyan edib ki, qısamüddətli qapanmanın nəticəsini biz yalnız 7-14 gün ərzində görə biləcəyik. Bu, o deməkdir ki, ölkəmizdə virusun yaratdığı təhlükəli vəziyyət vətəndaşların məsuliyyətindən asılı olaraq dəyişəcək. Vəziyyətin mənfi və ya müsbət istiqamətə dəyişməsi isə bizdən asılıdır. Biz qaydalara düzgün riayət etməklə, məsələyə ciddi yanaşmaqla qısa müddətdə virusun yaratdığı bütün mümkün təhlükələrin qarşısını ala bilərik”.

GununNebzi.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O bildirib ki, dünyanı ağuşuna almış COVID-19 ilə bağlı mübarizə hələ uzun müddət davam edəcək:

“Ümumdünya Səhiyyə Təşkilatının da bəyan etdiyi kimi, vaksin tapılmayana qədər virusla birgə yaşamağa vərdiş etməliyik”.

Deputatın sözlərinə görə, infeksiyanın yayılma dinamikasından asılı olaraq, dünya dövlətlərində karantin qaydalarında mərhələli şəkildə müəyyən yumşalmalar da tətbiq olunur. Azərbaycanda da artıq bir neçə dəfə məhz sanitar-epidemioloji vəziyyətdən asılı olaraq, yumşalmalar tətbiq edilib:

“Bəllidir ki, Azərbaycan hökumətinin pandemiyanın ilk günlərindən qəbul etdiyi qərarlar və karantin rejiminin tətbiqi nəticəsində bu vaxta qədər vəziyyət nəzarətdə saxlanılıb. Karantin rejimindən mərhələli çıxmaq planı da dövlətin həyata keçirdiyi preventiv tədbirlərin uğurlu nəticələri sayəsində mümkün olub. Lakin son yumşalma tədbirlərindən sonra təəssüflər olsun ki, xəstəliyin dinamikasında artım müşahidə olunmaqdadır.

Bu isə haqlı olaraq qısamüddətli məhdudlaşdırma qaydalarının tətbiqini zəruri edir. Çünki bu məhdudlaşdırıcı tədbirlər ilk növbədə vətəndaşın sağlamlığına, onun təhlükəsizliyinin təminatına yönəlib. Qapanmanın yalnız həftə sonu - iki günü əhatə etməsi, ölkədə kifayət qədər ərzaq, həmçinin, tibbi spirt və maska ehtiyatımızın olması bir daha göstərir ki, narahatlıq üçün heç bir əsas yoxdur.

Sadəcə, indiki vəziyyətdə hər bir vətəndaş tərəfindən sosial izolyasiya qaydalarına əməl edilməli, qoruyucu vasitələrdən vaxtında və düzgün istifadə olunmalıdır. Prezident İlham Əliyevin bu il iyunun 3-də Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən tibbi maskadan istifadə etməsi hər birimiz üçün nümunə olmalıdır”.


Tarix: 5-06-2020, 16:34 Oxunub: 80


Bölməyə aid digər xəbərlər