21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
00:03 / 13-11-2024
Ronaldinyo Bakıya gəldi
“Azərbaycan mətbuatı hərb mövzusuna hər zaman xüsusi önəm verib”

“Azərbaycan mətbuatı hərb mövzusuna hər zaman xüsusi önəm verib”
Əflatun Amaşov: “Erməni işğalı davam etdiyi müddətdə ordu mövzusu hər zaman aktuallığını saxlayacaq”
Bu gün Silahlı Qüvvələrimizin yaranmasının 102-ci ildönümüdür.
Maraqlıdır, ordu, həmçinin ordu ilə bağlı məsələlərə mətbuatımız yetərincə diqqət yetirirmi? Ordu mövzusu, orduya sevgi və ehtiramın təbliği medianın fəaliyyətində nə dərəcədə yer tutur?


Mətbuat Şurasının sədri Əflatun Amaşov medianın hər zaman orduya böyük diqqət yetirdiyini vurğuladı:
“Azərbaycan mətbuatı hərb mövzusuna hər zaman xüsusi önəm verib. Bu, onun mahiyyətinə kəsilmiş reallıqdır. Azərbaycan ikinci dəfə dövlət müstəqilliyinə qovuşduqdan sonrakı müharibə dövrü jurnalistikamıza da təsirini göstərdi. Müharibə görmüş reportyorlar nəsli formalaşdı. Onların zəhməti, igidlikləri hesabına ərsəyə gəlmiş məhsullar sonrakı mərhələ üçün də aktuallığını saxladı. Biz bu istiqamətdə bir ənənənin formalaşdığını gördük. Əlbəttə, mövcud sahədə durğunluq da yaşandı. Ancaq hesab edirəm ki, o ənənə yenə də yaşayır. Onun yaşamasına təsir göstərən amil isə işğal faktorudur. Düşünürəm ki, işğal qaldıqca ordu mövzusu hər zaman aktuallığını saxlayacaq. Necə ki, dövlətimiz üçün müharibə məsələsi hər zaman aktualdır.



Qeyd etdiyim kimi, mediamız ordu mövzusuna, qəhrəmanlıq tariximizin təbliğinə kifayət qədər yer ayırır. Ancaq biz istərdik ki, yanaşma daha peşəkar olsun. Bu sahədəki peşəkarlıq daha çox yaradıcı yanaşma tələb edir. Həm faktlara diqqət etmək zərurəti, həm də bədii-publisistik duyum önəmlidir. Biz istərdik ki, mövzuya dair oçerklər, esselər, qəhrəmanların həyatından bəhs edən nümunələr daha çox olsun. Belə yanaşmanın cəmiyyətə, xüsusən gənc nəslə təsiri böyükdür.



Bir maraqlı məqamı diqqətə çatdırım. 2016-cı ilin aprel müharibəsinədək erməni ideoloqları bildirirdilər ki, nəsillər bir-birini əvəzlədikcə Azərbaycan cəmiyyətində Qarabağ ruhu tədricən sıradan çıxacaq. Bölgülər də aparmışdılar ki, 10, 15, 20, 30 ildən sonra nələr olacaq bu baxımdan. Ancaq aprel müharibəsi onların planlarını tam iflasa uğratdı. Özləri də etiraf etdilər ki, hesablamaları cəfəngiyyatdan başqa bir şey deyil. Aprel müharibəsi xalqımızın Qarabağ üçün səfərbərlik ruhu idi. Bu ruh isə elə-belədən yaranmır və elə-belədən də yaşamır. Prosesdə mediamız da mühüm rol oynayır”.

Tarix: 26-06-2020, 20:43 Oxunub: 125


Bölməyə aid digər xəbərlər