23:06 / 06-11-2024
Netanyahu Trampa zəng etdi
23:02 / 06-11-2024
Hərbçimiz intihar etdi
19:35 / 06-11-2024
Sabah qaz olmayacaq
14:44 / 06-11-2024
Əliyev Trampı təbrik etdi
20:06 / 05-11-2024
Azərbaycana qar yağır
18:25 / 05-11-2024
Flora Kərimovaya nə olub?
Azərbaycanda karantin rejimi 60 günədək uzadılacaq? - RƏSMİ

Azərbaycanda karantin rejimi 60 günədək uzadılacaq? - RƏSMİ"Azərbaycanda iyunun 21-də karantin rejimi sərtləşdirildi və həmin dövrdən bir-iki həftə ərzində biz stabilləşməni müşahidə etməyə başladıq".

Bunu açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov bildirib.

O əlavə edib ki, ölkədə ciddi artım olmadı, yoluxma sayı 600-dən o tərəfə keçmədi: "Sərtləşdirilmə qəbul edilməsəydi, o zaman biz hazırda bəlkə də 1000-1500 yoluxma sayı görəcəkdik. Amma indi biz görürük ki, karantin tədbiri növbəti iki həftəyə uzadılıb və tədricən platonu görürük, yəni düz xətt, hətta o düz xətt azalmağa doğru gedir".

Nabil Seyidovun fikrincə, bütün tədqiqatlar göstərir ki, koronavirus infeksiyası ilə bağlı sərtləşdirilmiş karantin tədbirləri minimum 60 gün olmalıdır ki, rəqəmlər sıfıra yaxın olsun:

"Amma karantin sərtləşdirilməsi o demək deyil ki, infeksiya yox olacaq. Əgər vətəndaşlar iki saat evdən çıxan müddətdə yenə də sanitar-gigiyenik normalara riayət etməsələr, maska taxmasalar və 5 nəfərdən çox toplaşsalar, tanımadığı adamlarla küçədə rastlaşıb maskasız söhbət etsələr, karantin ilin sonunadək uzadılsa da, bunun qarşısını almaq mümkün olmayacaq".


Tarix: 8-07-2020, 15:54 Oxunub: 108


Bölməyə aid digər xəbərlər