23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
İbadulla Ağayev vəzifəsindən istefa verdi - VİDEO

İbadulla Ağayev vəzifəsindən istefa verdi - VİDEOİbadulla Ağayev Azərbaycanın baş epidemioloqu vəzifəsindən istefa verib.

Bu barədə açıqlamasında İ. Ağayev özü bildirib. O deyib ki, öz istəyi ilə ərizə yazaraq bu vəzifədən gedib: “1976-cı ildən Azərbaycan Tibb Universitetində işləyirəm. 1992-ci ildən isə ATU-da professor, kafedra müdiriyəm. Həmçinin Əməkdar müəllim, Əməkdar elm xadimiyəm. 1991-ci il, ya da 1992-ci ildən ictimai əsaslarla baş epidemioloq oldum. İctimai əsaslarla işləyəndə heç kimə bunun müqabilində pul, maaş verilmir. Heç kim mənə heç nə deməyib. Sadəcə könüllü olaraq ərizə yazdım”.

Qeyd edək ki, bir neçə gün öncə İbadulla Ağayev Unikal.org-a açıqlamasında bildirmişdi ki, hazırda paytaxtda deyil, rayondadır və ölkədə baş verən hadisələrdən xəbərsizdir.


Tarix: 8-07-2020, 16:24 Oxunub: 161


Bölməyə aid digər xəbərlər