23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Milli Qəhrəmanın anası vəfat etdi

Milli Qəhrəmanın anası vəfat etdiAzərbaycanın Milli Qəhrəmanı Ramiz Qənbərovun anası dünyasını dəyişib.

Bu barədə məlumatı sosial şəbəkələrdə Qarabağ qaziləri yayıblar. Bildirilib ki, Şuşa özünümüdafiə batalyonunun komandiri olmuş şəhid Ramiz Qənbərovun anası Səkinə Qənbərova bu gün səhər saatlarında vəfat edib.

Qeyd edək ki, Ramiz Qənbərov 1992-ci ildə Şuşada könüllü özünümüdafiə batalyonu yaradıb və onun komandiri olub. Onun taboru Şuşa şəhərinin, Kərkicahan, Kosalar, Nəbilər, Qaybalı, Malıbəyli, Quşçular, Göytala kəndlərinin müdafiəsində mərdliklə vuruşub. 29 aprel 1992-ci ildə erməni işğalçıları Kosalar və Kərkicahan kəndləri yaxınlığındakı postlara hücum edəndə köməyə gələn Ramiz Qənbərovun taboru düşmənə ağır zərbə virib. Həmin döyüşdə komandir ağır yaralanır... bir gün sonra 30 aprel 1992-ci ildə gözlərini əbədi yumur.
Azərbaycan Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Qənbərov Ramiz Bulud oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Allah rəhmət eləsin...


Tarix: 27-07-2020, 16:50 Oxunub: 111


Bölməyə aid digər xəbərlər
8-05-2019, 09:22 Şuşasız 27 il...