23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Azərbaycanda 13 min şəxsin birdəfəlik ödəməsi ləğv edilib

Azərbaycanda 13 min şəxsin birdəfəlik ödəməsi ləğv edilib"Ölkə üzrə, təxminən, 13 min şəxsin 190 manatlıq birdəfəlik ödəmədən sonradan yararlanması ləğv edilib".
gununnebzi.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, onlardan 3 minində müxtəlif gəlir mənbələri aşkar edilmişdi: "Sosial şəbəkələrdə barələrində məlumat yayılan ödəmə alan şəxslər həmin ay üçün ödənişi almışdılar, çünki bu onların haqqı idi. Ancaq növbəti aylardan bu dəstək dayandırıldı".
S.Babayev bildirib ki, ödəmə verilməsi dayandırılan daha 10 min insan da olub: "Bura həm də iş yeri taparaq əmək müqaviləsi imzalayan daxildir. Çünki ödənişi alandan sonrakı aylarda ictimai iş yeri tapanlar üçün ödəmə dayandırıldı. Başqa tərəfdən isə SMS icazə sistemi aktivləşəndən sonra qeyri-leqal işdə çalışanlar məcburi əmək müqaviləsi imzalamalı oldular. Bununla da 10 min insan əmək müqaviləsi səbəbindən birdəfəlik ödəmədən kənarlaşdırılıb".


Tarix: 7-08-2020, 16:09 Oxunub: 114


Bölməyə aid digər xəbərlər