23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
350 min işsizə 190 manat verilib - RƏSMİ

350 min işsizə 190 manat verilib - RƏSMİƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlılardan daha 30 min nəfəri üçün birdəfəlik ödəmə (190 manat) vəsaitini aidiyyəti üzrə köçürüb.

Nazirlikdən gununnebzi.az-a verilən məlumata görə, birdəfəlik ödəmə köçürüldükdən sonra onların telefon nömrəsinə bu barədə SMS göndəriləcək.

Həmin şəxslər bu mesajı aldıqdan sonra, evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, mesajda “Azərpoçt” MMC qeyd edildiyi halda istənilən poçt şöbəsinə, bank göstərildiyi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik ödəməni əldə edə bilərlər.

Aprelin 9-dan gündəlik olaraq ödəniş prosesi həyata keçirilir. Artıq 350 min şəxs üçün birdəfəlik ödəniş edilib. Bunun üçün ümumilikdə 66,5 milyon manat vəsait ödənilib.

350 min işsizə 190 manat verilib - RƏSMİ


Tarix: 23-04-2020, 19:48 Oxunub: 106


Bölməyə aid digər xəbərlər