23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Ağstafadan 7-si azyaşlı olmaqla 14 nəfərin Gürcüstana keçməsinin qarşısı alınıb

Ağstafadan 7-si azyaşlı olmaqla 14 nəfərin Gürcüstana keçməsinin qarşısı alınıbDövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin toxunulmazlığının tə­min edilməsi tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidmətindən verilən məlumata görə, 2020-ci ilin 10 avqust tarixində saat 03:05 radələrində “Şəmkir” sərhəd dəstəsinin Ağs­tafa rayonunun Sadıqlı kən­dinin yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazi­sində Azərbaycan Res­publikasından Gürcüstan istiqa­mə­tində naməlum şəxs­lərin hərəkəti sər­həd naryadı tərəfin­dən aşkar edilib.
Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, xidməti əra­­zi qapadılmış və sərhəd naryadı tərəfindən “Dayan” əmri verilib. Nəti­cədə xidməti ərazidə hərəkətdə olan 14 nəfər şübhəli şəxs sərhəd pozucusu qismində saxlanılıb.
Saxlanılmış şəxlərin Ağstafa rayon sakinləri olma­ları müəyyən edil­­­miş, onlardan 7-sinin azyaşlı olması nəzərə alınmaqla Ağs­ta­fa rayonu icra hakimiy­yətinin başçısı yanında yetkinlik yaşına çat­ma­yanların işləri və hüquqlarının mü­da­fiəsi üzrə komissiyaya təhvil veriliblər.
Qeyd olunan fakt üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdi­ri­lir.


Tarix: 11-08-2020, 13:16 Oxunub: 122


Bölməyə aid digər xəbərlər