23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“Müalicə xərclərim 5 minə çatıb, sənədləri saxlamışam, zəhmət çəkib pulumu qaytarsınlar”

“Müalicə xərclərim 5 minə çatıb, sənədləri saxlamışam, zəhmət çəkib pulumu qaytarsınlar”Xəbər verdiyimiz kimi bir müddətdir ki, səhhətindəki problemlərdən əziyyət çəkən Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyovun müalicələri davam edir.

gununnebzi.az bildirir ki, Moderator.az-a açıqlamasında Şeyx Əbdül müalicə xərclərinin artıq kəllə-çarxa çıxdığını, lakin səhhətində elə bir irəliləyiş olmadığını bildirib:
“Üç gün Mərkəzi Klinikada yatdım və bütün analizləri verdim. Konkret bir şey yoxdur, amma fakt budur ki, boğulma, gərginlik var. İndi də deyirlər ki, sanatoriyaya gedib müalicə olunmalıyam. Mənim isə bir az məişət problemlərim var, onlarla məşğulam. Hər gün də pul qalmır gedir. Dünən bir dərmana 58, digərinə isə 42 manat pul vermişəm. Artıq müalicəmə xərclədiyim pul beş minə çatıb. Bütün sənədlərimi də saxlayıram. Mən xalq artistiyəm müalicəmi dövlət hesabına etməlidirlər. Görüşəndə sənədləri təqdim edib deyəcəm ki, zəhmət çəkib müalicəmə xərclədiyim pulları qaytarın, ya da bunun əvəzində kənarda müalicəmi davam etdirsinlər. İndi səsim də çıxmır ki, danışam”.
Xalq artisti artıq bununla bağlı ölkə başçısının köməkçisinə müraciət hazırladığını deyib:
“İndi prezidentin köməkçisi hörmətli Anar Ələkbərova müraciət hazırlayıram. Ölkə başçısına, Birinci Vitse-prezidentə və Leyla Əliyevaya etdiyim müraciətlərə cavab almadığım üçün A.Ələkbərova müraciət edib cavab gözləyirəm. O, doğrudan da məsuliyyətli adamdır və inanıb ümid edirəm ki, mənim müraciətimi cavabsız qoymayacaq”.


Tarix: 11-08-2020, 13:33 Oxunub: 150


Bölməyə aid digər xəbərlər