23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Leyla - Lotu Quli onun adını sinəsinə döydürmüşdü

Leyla - Lotu Quli onun adını sinəsinə döydürmüşdüİnsan tərbiyəsinin təməlini təşkil edən üsullarda oğru, oğurluq sözü həmişə diqqət mərkəzində olur. İnsanlar açıq şəkildə olmasa da, şüuraltı bu sözün yaradacağı gələcək fəlakətlərdən həmişə ehtiyat edirlər.

Xüsusilə ailə tərbiyəsində valideynlər bu sözü məsuliyyətini dərindən dərk edib, bu barədə öz uşaqlarına məsləhət verərkən maksimum ehtiyatlı amma sərt sözlərdən istifadə edirlər. "Heç yerdən oğurluq eləmə", "başında qalar", "əlin öyrəşər", "birabır olarıq" və.s.
Məsələ burasındadır ki, insan istəsə də, istəməsə də bəzən həyat onu doğurdan da oğurluğa, həbsə, ordan isə başqa yerlərə, dünyalara aparıb çıxarır.

GununNebzi.az kulis.az-a istinadən bildirir ki, oğru dünyası barədə hər kəs az çox öz dünya görüşünə görə məlumatlıdır.

Qanunun işlədiyi ölkələrdə oğru dünyası, bu "polajeniyaya" baxan insanların çətəsi o qədər də funksional olmur. Çünki onlar qanunsuzluğun, ədalətsizliyin daha çox vüsət aldığı yerlərdə öz güclərini bərqərar edirlər. Böyük İtaliya mafiyasının yaranma səbəbləri də məhz kasıb, haqqı tapdanan, alçalmış insanların qanunlarını bərpa etməkdən ötrü yaradılmışdı. Bizim şüuraltımıza bu cür insanlar Koroğlu, Qaçaq Nəbi kimi obrazlar vasitəsi ilə daxil olub. Müasir dövrün də öz Koroğluları olub. Onlar qanunsuzluğa, ədalətsizliyə qarşı çıxaraq birbaşa özlərini yenidən yaratmağa başlayıblar. Bəlkə də tanrı onların özlərini yenidən yaratmaq istəyinə cəhdi bağışlamadığından onların demək olar ki, böyük əksəriyyətinin həyatı məhv olub.

Misal üçün iki il bundan əvvəl Türkiyədə qətlə yetirilən Rövşən Lənkəranskinin ölümündən sonra həyatını araşdıranda məlum oldu ki, yeniyetmə, arzuları ürəyində yenicə boy verən oğlan atasının qatilini öldürmək, atasına qarşı ədalətsiz davrananların cəzasını vermək üçün bu uzun məşəqqətli yola düşmüşdü. Daha doğrusu, düşməyə məcbur olmuşdu. Xatırladım ki, Koroğlunun da ilk adı Rövşən olmuşdu. Atasının gözlərini çıxarılandan sonra Koroğlu olanla, atası öldürüləndən sonra Rövşən Lənkəranski olan qəhrəmanların prinsipcə çox az fərqi var.

Biz zənən xeylaqları daha çox avtoritetlər haqqında məlumatları baxdığımız filmlərdən, oxuduğumuz kitablardan öyrənirik. Yəqin ki, "Komissar Katani", "Banditskiy peterburq", "Briqada", "Brat" kimi serialları çoxları unutmayıb. Elə Türkiyədə illərdir davam edən "Kurtlar vadisi" serialının milyonlarla pərəstişkarları var. İnsanların bu filmləri, oradakı qəhrəmanlıqları sevməsinin səbəbləri haqqında həmişə ciddi-ciddi düşünmüşəm. Bu vurğunluğun, heyranlığın cazibəsini, sirrini axtarmağa çalışımışam. Əlbəttə bir qayda olaraq avtoritetlərin, qanuni oğruların yaraşıqlı olması, onların çox-çox təhlükəli işlərlə ölümü saya salmayacaq qədər ciddi şəkildə məşğul olması, zənginlik və bir də bir qayda olaraq bu cür insanların xarizmatik olmalarıdır.

Yeniyetmə qız olanda bir şərq qadını kimi belə adamların həyatını mütləq şəkildə oxuyurdum, maraqlanırdım. Onları filmlərdən yox, həyatdan, daha doğrusu həyatları haqqında səhih məlumatlardan tanımaq istəyirdim. Bu həyat məni inanılmaz dərəcədə cəlb edirdi. Onların həyatlarındakı qadınlara bir az da qısqanclıqla yanaşırdım. Nə baş verirdi ki, belə zəhmli, asıb-kəsən, əlini qana bulayan kişilərin yaşantılarında mütləq bir əbədi sevgi, qadın olurdu. Onlar bu qadınlar üstündə adam öldürür, özlərini belə qurban verməkdən çəkinmirdilər.

Bu cür seçilmiş qadınlar da mahiyyətcə böyük, sınaqlardan çıxmış, bərkə boşa düşmüş, loru dildə desək, möhkəm qadın olmalı idilər.

Yalnız belə qadınlar oğruların, avtoritetlərin həyatına daxil ola bilərdilər. Onların adı sinəyə, qola, boyunun ən yumşaq yerinə yazıla bilərdi.

Ötən gün qətlə yetirilən Lotu Qulinin də meyitinə baxarkən diqqətimi onun simasındakı rahatlıq və sinəsinə, ürəyinin üstünə döydürdüyü Leyla adı cəlb etdi.

Qulinin simasındakı sakitlik, həyatdan zövq alma anında qəfildən başına çaxılan dörd güllə səsinin xəyalı belə adamı vahiməyə salır.

Dəhşətli və amansız sonluqdur.

İllərdir çırpınan, bir saniyənin içərisində gözlənilmədən susan qəlbin üzərində isə cəmi beş hərf qaldı. Leyla.

Görəsən, Leyla kimdir və Qulinin ürəyi dayandığı an, Leyla bunu hiss edibmi?

Yəqin ki, özündən, sözündən, nəhayət gözəlliyindən razı əksər qadın adı Leylanın yerində olmaq istərdi. Bir anlıq, bir dəqiqəlik, bəlkə də bir ömürlük həmin adın çırpınan sinənin üzərinə gedib çıxdığı məqamı duya bilmək, hiss etmək üçün.

Quli bu şansı cəmi bir qadına vermişdi - Leylaya... Gerisi təfərrüat, bir ovuc torpaqdı...


Tarix: 21-08-2020, 23:00 Oxunub: 119


Bölməyə aid digər xəbərlər