23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Rusiyada ilk qadın həkimin türk-müsəlman olduğu üzə çıxdı...-FOTO

Rusiyada ilk qadın həkimin türk-müsəlman olduğu üzə çıxdı...-FOTOOnun barəsində İsmayıl bəy Qaspıralı da yazıb...
Rusiyanın ilk qadın tibb işçisinin türk mənşəli bir xanım olduğu üzə çıxıb.
gununnebzi.az bu haqda Tatarıstan mediasına istinadla xəbər verir.

Ryazan quberniyasının Kasımov şəhərində müsəlman tatar ailəsində dünyaya gəlmiş Raziya Kutluyarova Peterburqda feldşer məktəbini bitirib. Müsəlman qızın tibb məktəbində oxuması o dövr üçün istisna hal olduundan R.Kutluyarova haqda Azərbaycan milli azadlıq hərəkatında da adı keçən, türk dünyasında birlik ideyasının atası İsmayıl bəy Qaspıralı da özünün nəşr etdiyi “Tərcüman” qəzetində yazıb.

Təhsilini itirdikdən sonra Raziya Kutluyarova Kasımov şəhərinin xəstəxanasında işləyib. O zaman yayılmış vəba xəstəliyinə qarşı mübarizə aparan müsəlman xanım özü də bu mərəzə yoluxub. Bu da onun öz peşəsinə daha mükəmməl yiyələnməsində böyük rol oynayıb.

1903-cü ildə İ.Qaspıralı “Tərcüman” da R.Kutluyarovadan nümunə götürən daha 11 müsəlman xanımın tibb məktəbində təhsil alması haqda yazıb.

1904-cü ildə ailə quran R.Kutluyarova Orenburqda işləməyə başlayıb. O, eyni zamanda ictimai fəaliyyətlə də məşğul olub. Raziya xanım Orenburqda Müsəlman Qadınların xeyriyyə cəmiyyətinin yaranmasında da fəal iştirak edib, Orenburqda müsəlman qızların gimnaziyalara daxil olması üçün hazırlıq kursları təşkil edib. (moderator)


Tarix: 24-08-2020, 14:34 Oxunub: 106


Bölməyə aid digər xəbərlər