Dubay kralının ailəsindən olan şeyxlə ailə həyatı qurmuş azərbaycanlı qadın video müraciətlə çıxış edib.
Video müraciət vasitəsi ilə kömək istəyən qadın iddia edir ki, ərinin yaxınları tərəfindən təqiblərə məruz qalır.
Azərbaycandan olan Zeynəb Cavadlı “Instagram”a yüklədiyi videolarda qeyd edir ki, ərindən ayrılandan sonra doqquz aydır ki, Səid bin Məktum bin Rəşid Əl Məktumun adamları onu təqib edirlər. Qadın iddia edir ki, bu şəxslər onun övladlarını oğurlamağa çalışırlar.
Qeyd edək ki, keçmiş azərbaycanlı gimnast Zeynəb Cavadlı Dünya və Avropa çempionatlarının qalibi, idman ustasıdır. Z.Cavadlı 2015-ci ildə 23 yaşında 43 yaşlı şeyxlə ailə həyatı qurub. Onların ailəsi doqquz ay bundan öncə dağılıb və Z.Cavadlı kral sarayından ayrılaraq uşaqları və valideynləri ilə yaşadığı şəxsi villasına köçüb.
Z.Cavadlının Səna, üç yaşlı Asiyə və bir yaşı olan Salamə adlı üç qız övladı var.
Bölməyə aid digər xəbərlər