23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
2 dəfə evlənib boşanan şəxs 17 yaşlı qızı qaçırdı - AZƏRBAYCANDA/YENİLƏNDİ

2 dəfə evlənib boşanan şəxs 17 yaşlı qızı qaçırdı - AZƏRBAYCANDA/YENİLƏNDİBərdə rayonunda 17 yaşlı qızın qaçırılması ilə bağlı məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb.

GununNebzi.az xəbər verir ki, bu barədə Dövlət Komitəsi məlumat yayıb.

"Avqustun 28-də kütləvi informasiya vasitələrində Bərdə rayonunda 17 yaşlı qızın 2 dəfə ailə həyatı qurmuş şəxs tərəfindən qaçırıldığı ilə bağlı məlumatlar öz əksini tapıb. Məsələ operativ olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb. Məsələnin araşdırılması üçün Bərdə Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupuna müraciət edilib. Monitorinqin nəticəsinə uyğun olaraq, aidiyyəti üzrə müvafiq tədbirlər görüləcək", - məlumatda bildirilib.

*****

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Bərdədə 17 yaşlı qızın qaçırılması ilə bağlı yayılan məlumatla bağlı açıqlama verib.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, qeyd olunan faktla bağlı cari il mart ayının 29-da qızın atası E.H. Bərdə Rayon Polis Şöbəsinə (RPŞ) gedərək qızının qaçırılması barədə ərizə ilə müraciət edib:

“Müraciətlə əlaqədar olaraq Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalara başlanılıb. Araşdırmalar zamanı şikayətçinin qızı ailəsinin onu sevmədiyi birinə ərə verəcəyini əsas gətirərək öz arzusu ilə Nurlan adlı şəxslə birlikdə evlənmək məqsədi ilə getdiyini bildirib”.

Qeyd edək ki, sosial şəbəkələrdə 17 yaşlı qızın 2 dəfə evlənib-boşanmış şəxs tərəfindən qaçırıldığı barədə məlumat yayılıb. Bildirilib ki, ailəsi qızın evə qayıtmasını istəyir, lakin onunla danışmağa belə imkan verilmir.


Tarix: 28-08-2020, 18:32 Oxunub: 178


Bölməyə aid digər xəbərlər