23:06 / 06-11-2024
Netanyahu Trampa zəng etdi
23:02 / 06-11-2024
Hərbçimiz intihar etdi
19:35 / 06-11-2024
Sabah qaz olmayacaq
14:44 / 06-11-2024
Əliyev Trampı təbrik etdi
20:06 / 05-11-2024
Azərbaycana qar yağır
18:25 / 05-11-2024
Flora Kərimovaya nə olub?
Ermənistanda həbs edilən siyasi partiya liderlərinin sayı 10-a çatdı

Ermənistanda həbs edilən siyasi partiya liderlərinin sayı 10-a çatdıErmənistanda siyasi xaos davam edir.
Ölkənin Baş naziri Nikol Paşinyanın istefası ilə tərəfdarlarını küçələrə çağıran müxalif siyasi partiya liderləri bir-birinin ardınca həbs olunur.
“Sputnik Ermənistan” xəbər verir ki, müxalifətçilər hərbi vəziyyət dövründə mitinq təşkil etmək və dövlət sirrini açıqlamaqda günahlandırılır.
Ermənistan Xüsusi İstintaq Xidməti xəbər verir ki, Yerevanda 10 siyasi lider qanun pozuntusu ilə mitinqlər təşkil etdiyinə və keçirdiyinə görə tutulub.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları “Vətən” partiyasının sədri Artur Vanetsyan, “Çiçəklənən Ermənistan” partliyasının lideri Qaqik Tsarukyan, parlamentin sabiq vitse-spikerləri Eduard Şarmazanov və Ara Saakyanın həbs edildiyi barədə xəbər verilmişdi.

“Daşnaksütyun” üzvləri Geqam Manukyan, David Ambarçumyan, politoloq Suren Surenyants da nəzarətə alınıb.

Onlar zorakılıqla müşayiət olunan kütləvi iğtişaşların təşkili, odlu silah istifadəsi və ya hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərilməsi səbəbindən həbs ediliblər.

“Daşnaktsütyun”un nümayəndəsi İşxan Saqatelyan, “Milli Təhlükəsizlik” partiyasının lideri Qarnik İsaqulyan, “Vahid Ermənistan” partiyasının lideri Artur Qazinyan isə dövlət sirri tərkibli sənədləri və ya kompüter məlumatları ilə davranma qaydalarını pozduqlarına görə tutulublar.

Suren Surenyants və Artur Vanetsyan yuxarıda qeyd edilən bütün maddələrlə günahlandırılırlar.

Daha iki nəfər- Vaaqn Çaxalyan və Hraçya Qukasyana qarşı ölkədən çıxmamaq barədə yazılı öhdəlik müəyyən edilib. Onlar da, eyni zamanda, zorakılıqla müşayiət olunan kütləvi iğtişaşların təşkili, odlu silah istifadəsi və ya hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərməkdə ittiham edilirlər.

Cinayət işinin ibtidai istintaqı davam etdirilir.


Tarix: 12-11-2020, 16:31 Oxunub: 130


Bölməyə aid digər xəbərlər