23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Döyülən erməni spiker əməliyyat olundu

Döyülən erməni spiker əməliyyat olunduErmənistan parlamentinin spikeri Ararat Mirzoyan əməliyyat olunub.

gununnebzi.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı üçtərəfli bəyanata etirazlar zamanı döyülərək ağır xəsarətlər alan Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan daha bir əməliyyat keçirib.

Modern.az-ın yazdığına görə, bu barədə spikerin köməkçisi Vahan Kostanyan bildirib. O qeyd edib ki, A.Mirzoyanın üzündə, baş və qol nahiyələrində ağır xəsarətlər olsa da, spikerin həyatı üçün hər hansı bir təhlükə yoxdur.

V.Kostanyan əlavə edib ki, Ararat Mirzoyan tezliklə səhhəti və ölkədəki vəziyyətlə bağlı bəyanatla çıxış edəcək.


Tarix: 13-11-2020, 17:56 Oxunub: 256


Bölməyə aid digər xəbərlər