23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Laçın dəhlizində ərazinin minalardan təmizlənməsi işləri aparılır - Rusiya MN

Laçın dəhlizində ərazinin minalardan təmizlənməsi işləri aparılır - Rusiya MNLaçın dəhlizində ərazinin minalardan və digər sursatlardan tam təmizlənməsi işləri aparılır.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, bu gün Xankəndi-Gorus yolunun 1 km-lik hissəsi yoxlanılıb və minalardan təmizlənib: “Bundan başqa 27 ədəd sıradan çıxmış və zədələnmiş texnika həmin yolun gediş-gəliş hissəsindən və yol kənarından təmizlənib”.

Rusiya MN-in nümayəndəsi Dağlıq Qarabağla bağlı əldə olunan razılaşmaya uyğun olaraq bu gün də həlak olanların cəsədlərinin mübadiləsinin davam etdirildiyini qeyd edib: “Bu proses Rusiya Federasiyası sülhməramlı qüvvələri və Beynəlxalq Qızıl Xaç Komitəsinin koordinasiyası ilə həyata keçirilir”.


Tarix: 17-11-2020, 09:56 Oxunub: 178


Bölməyə aid digər xəbərlər