23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Yetkinik yaşına çatmayan qızın əqli qüsurundan istifadə edərək onu dəfələrlə zorlayıblar...

Yetkinik yaşına çatmayan qızın əqli qüsurundan istifadə edərək onu dəfələrlə zorlayıblar...Türkiyənin Malatya vilayətinin Arquvan qəsəbəsində cinsi istismara və zorakılığa məruz qalan 16 yaşlı qız dövlət himayəsinə götürülüb.

GununNebzi.az-ın məlumatına görə, Sosial mediada 2004-cü il təvəllüdlü və əqli qüsurlu olan qızın çoxsaylı şəxslər tərəfindən zorla cinsi əlaqəyə məcbur edilməsi barədə məlumat yayılıb. Bundan dərhal sonra Türkiyənin Ailə, Çalışma və Sosial Xidmətlər Nazirliyi qızı himayəyə götürdüyünü və hadisə ilə bağlı araşdırmalar aparıldığını bildirib.

Malatya valiliyi də olayla bağlı açıqlama verib. Qeyd edilib ki, ilkin müayinə zamanı qızın bədənində zorakılıq əlaməti aşkarlanmayıb.

Bildirilir ki, müxtəif şəxslər yetkinik yaşına çatmayan qızın əqli qüsurundan istifadə edərək onu cinsi əlaqəyə sövq ediblər. /"publika.az"


Tarix: 3-01-2021, 10:37 Oxunub: 228


Bölməyə aid digər xəbərlər