23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
21 yaşlı şəhidimiz dəfn olundu

21 yaşlı şəhidimiz dəfn olunduVətən Müharibəsinin ilk günlərindən itkin düşmüş hesab olunan daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.

GununNebzi.az xəbər verir ki, söhbət 1999-cu il təvəllüdlü müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Cabbarov Oruc Akif oğlundan gedir.

Şəhid O. Cabbarov ötən gün doğulduğu Yevlax rayonun Nərimanabad kəndində dəfn edilib.

Qeyd edək ki, sentyabrın 27-dən döyüşlərə qatılan şəhid ailəsiylə sonuncu dəfə oktyabrın 4-də əlaqə saxlayıb. Onun Suqovuşan istiqamətində şəhid olduğu bildirilir.

Allah rəhmət eləsin! /"Qafqazinfo"


Tarix: 3-01-2021, 10:40 Oxunub: 236


Bölməyə aid digər xəbərlər