Xəbər verdiyimiz kimi bir müddət öncə Bakıda asta sürətlə hərəkət edən sürücü yüksək sürətlə (218 km/saat sürətlə) radara düşmüşdür. Sürücünün şikayəti dərc edildikdən sonra Dövlət Yol Polisi idarəsi tərtib olunmuş protokola xitam verdi və radarın iş rejimində qüsurun olduğunu bildirdi.
Bu dəfə də sürücülərdən biri asta sürətlə hərəkət edən zaman yüksək sürətlə radara düşüb. Sürücü Fərid Misirxanov redaksiyamıza müraciət edərək bildirib ki, idarə etdiyi 99-FY-144 qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobillə yanvarın 17-i Azadlıq prospekti ilə asta sürətlə hərəkət edən zaman 234 km/saat sürətlə radara düşüb. O, digər sürücülərlə təxminən eyni sürətdə hərəkət etdiyini və buna görə də yazılan cərimənin qanunsuz olduğunu bildirib.
Yazılan protokollardan belə başa düşmək olur ki, həmin radarın iş rejimində ciddi problem var. Ümumilikdə radarların hər il yoxlamadan keçməsinə dair protokolda məlumat qeyd olunur. Lakin baş verən bu cür hallara görə sual yaranır ki, xüsusi texniki vasitələr həqiqətənmi yoxlanılır, yoxsa hər şey kağız üzərində qalır?
Avtosfer.az
Bölməyə aid digər xəbərlər