23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Daha bir hərbçinin şəhid xəbəri gəldi, ilk övladını görə bilmədi...

Daha bir hərbçinin şəhid xəbəri gəldi, ilk övladını görə bilmədi...44 günlük Vətən müharibəsində itkin düşmüş daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib. Söhbət 1990- cı il təvəllüdlü baş leytenant Rahim Mikayılovdan gedir. Bu gün şəhidimizin nəşi onun ailəsinə təhvil verilib.


Şəhidin qardaşı Rasim Mikayılov bildirib ki, qardaşı Vətən müharibəsinin ilk günü Murovdağ istiqamətində şəhid olub: “Yoldaşları onun şəhid olduğunu bizə həmin gün demişdilər. Dünən isə rəsmi şəkildə bizə zəng edib itkin düşmüş nəşinin tapıldığını bildirdilər. Oktyabrın 27-də qardaşımın ilk övladı dünyaya gəlib. Ancaq o, övladını görə bilmədi”.

Qeyd edək ki, dəfn mərasimi sabah Quba rayonu II Nüvədi kəndində keçiriləcək.//Qafqazinfo


Tarix: 22-01-2021, 18:32 Oxunub: 108


Bölməyə aid digər xəbərlər