Bakının Səbəil rayonu ərazisində, Badamdar şossesində baş vermiş torpaq sürüşməsi ilkin məlumata əsasən, əvvəl qeydə alınan hissədə aktivləşib.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov hadisə yerinə gəlib.
Sürüşmə nəticəsində bir iaşə xidməti obyekti və iki fərdi yaşayış evi zərər görüb.
Ətrafda yaşayan insanlar təxliyə olunub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və Səbail Rayon Polis İdarəsinin rəhbəri Cavid Muradov və polis əməkdaşları da cəlb olunub.
Dağıntılar altında “Mersedes” markalı avtomobilin qaldığı bildirilib.
Əlavə məlumat veriləcək.
22:08
Bakının Badamdar qəsəbəsində növbəti dəfə torpaq sürüşməsi baş verib.
GununNebzi.az xəbər verir ki, sürüşmə nəticəsində bir sıra obyektlərə ziddi ziyan dəyib.
Hazırda aidiyyəti qurumlar əraziyə baxış keçirir.
//Qafqazinfo
Bölməyə aid digər xəbərlər