23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Minaya düşən hərbiçilərlə bağlı yeni xəbər - RƏSMİ

Minaya düşən hərbiçilərlə bağlı yeni xəbər - RƏSMİFevralın 8-də Tərtər rayonu istiqamətində mina partlaması nəticəsində Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu Duniyev Kamil Əlibala oğlu, Əhmədzadə Həsən Alik oğlu, Orucov Elşad Lətif oğlu və Ağayev Məhərrəm Oktay oğlu xəsarət alıb.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, ilkin tibbi yardım göstərildikdən sonra yaralılar hospitala təxliyə edilib.

"Hazırda hərbi qulluqçular həkimlərin tam nəzarəti altındadır. Vəziyyətləri stabildir, həyatları üçün təhlükə yoxdur", - deyə qeyd olunub./Pravda.az


Tarix: 9-02-2021, 14:56 Oxunub: 239


Bölməyə aid digər xəbərlər