02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Üç nəfəri bıçaqlayan şəxs hakim qarşısında

Üç nəfəri bıçaqlayan şəxs hakim qarşısında

Abşeron rayonunda 3 nəfərə bıçaqla xəsarət yetirməkdə təqsirləndiriliən Sərhad Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bu barədə GununNebzi.az “Report”-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Fəhmin Hümbətovun icraatındadır.

Qeyd edək ki, hadisə ötən ilin aprel ayında Hökməli qəsəbəsində baş verib. S.Əliyev 1975-ci il təvəllüdlü Nəsirli Cəmil Təvəkkül oğlu və övladı, 1998-ci il təvəllüdlü Nəsirli Zaur Cəmil oğlunu, habelə onların yaxın qohumu, 1976-cı il təvəllüdlü Baxşəliyev Bürcəli Beydulla oğlu bıçaqlayıb.

S.Əliyevə Cinayət Məcəlləsinin Ona Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham verilib.

Tarix: 10-04-2021, 10:04 Oxunub: 271


Bölməyə aid digər xəbərlər
16-02-2021, 13:25 Ramiz Qazaxlıya hökm oxundu