16:32 / 17-11-2024
Sabahın havası açıqlandı
“Azəriqaz”ın əməkdaşının döyülməsi ilə bağlı cinayət işi başlandı

“Azəriqaz”ın əməkdaşının döyülməsi ilə bağlı cinayət işi başlandı

Bakı şəhəri Sabunçu rayonunda “Azəriqaz” İstehsalat Birliyinin (İB) əməkdaşlarının döyülməsi ilə bağlı cinayət işi başlanılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, hadisə aprelin 19-da qeydə alınıb:

“Bununla bağlı bildiririk ki, aprelin 19-da “Azəriqaz” İB-in əməkdaşlarının ərazidə xidmət etdiyi zaman qaz xəttinin yerinin dəyişdirilməsi səbəbindən əməkdaşlardan biri - İlkin Əzizovun abonentlə mübahisəsinin yaranması və abonentin qohumu olan Elnur Əliyevin həyətdən çıxaraq yumruqla onun çənə nahiyəsindən zərbə endirməsi barədə müraciəti əsasında Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində araşdırma aparılıb.

Fakta görə Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Nəticə barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək”.

( Oxu.Az)

Tarix: 26-05-2021, 12:40 Oxunub: 191


Bölməyə aid digər xəbərlər