23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Bakıda qadın soyğunçuluğa məruz qaldı

Bakıda qadın soyğunçuluğa məruz qaldı

Audio
Bakıda qadın soyğunçuluğa məruz qaldı
Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə iyulun 2-də Bakı şəhər sakini S.Yolçuyevanın içərisində 340 manat, 10 avro, 100 ABŞ dolları, sənəd və təqaüd kartı olan pulqabısının soyğunçuluq yolu ilə talanması barədə məlumat daxil olub.


GununNebzi.az xəbər verir ki, Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Əliyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Tarix: 6-07-2021, 16:19 Oxunub: 136


Bölməyə aid digər xəbərlər
8-02-2021, 12:04 DİN əməliyyat keçirdi