16:32 / 17-11-2024
Sabahın havası açıqlandı
Saxta COVID-19 pasportu verən vəzifəli şəxslər barədə cinayət işi açılıb

Saxta COVID-19 pasportu verən vəzifəli şəxslər barədə cinayət işi açılıb

“Ağcabədi rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsinin Avşar kənd həkim məntəqəsində bəzi şəxslərə COVID-19 əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlərin verilməsi barədə daxil olmuş müraciət əsasında Ağcabədi rayon prokurorluğunda araşdırma aparılıb.

Ağcabədi Rayon Prokurorluğunda aparılan araşdırmalarla həmin həkim məntəqəsinin vəzifəli şəxsləri tərəfindən ölkə daxilində və xaricində yaşayan bir neçə şəxsə COVID-19 əleyhinə vaksin vurulmadığı halda onların I və II doza vaksin olunmaları ilə bağlı tibbi sənədlərin tərtib edilməsi müəyyən edilib.

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.

Tarix: 2-09-2021, 15:06 Oxunub: 147


Bölməyə aid digər xəbərlər