01:59 / 23-11-2024
Kanada NASAMS-ı Ukraynaya çatdırdı
01:39 / 23-11-2024
Azərbaycanlı diplomat İstanbulda 70 kiloqram qızılla saxlanıldı
01:36 / 23-11-2024
Tramp Ukrayna münaqişəsinə son verə bilər
01:34 / 23-11-2024
"Azərbaycanla sülhün bağlanması üçün hər şeyi edəcəm" - Paşinyan
20:22 / 22-11-2024
Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
20:20 / 22-11-2024
Məktəb direktoru faciəvi şəkildə öldü
16:35 / 22-11-2024
Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi
16:34 / 22-11-2024
Prezidentdən nazirlə bağlı - Sərəncam
16:33 / 22-11-2024
Bayramov Berbokla görüşdü - Fotolar
15:02 / 22-11-2024
Artıq onlayn nikah bağlaya biləcəksiniz! - Video
15:00 / 22-11-2024
“Ukrayna dairəsi” ilə bağlı rəsmi açıqlama - Video
14:59 / 22-11-2024
Şirvanda ana və qızı həbs edildi
13:15 / 22-11-2024
DYP-dən küləkli hava ilə bağlı - Müraciət
13:06 / 22-11-2024
Kişi 59 yaşlı arvadını bıçaqladı
08:36 / 22-11-2024
“Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
08:34 / 22-11-2024
Xəbərdarlıq zəngi Zaxarovanın brifinqini kəsdi - Video
22:49 / 21-11-2024
Yanvarın 1-dən alimentin miqdarı artırılacaq
21:04 / 21-11-2024
Binanın üzərində Rəsulzadənin sözləri olmayacaq? - Rəsmi açıqlama
12:50 / 21-11-2024
Bu xəstəxananın baş həkimi işdən çıxarıldı
12:47 / 21-11-2024
Generalın oğluna yeni vəzifə verildi
12:46 / 21-11-2024
Hesablama Palatasının sədri təkliflər verdi
23:12 / 20-11-2024
Bakıda 7 maşının iştirakı ilə ağır qəza - Xəsarət alanlar var
23:10 / 20-11-2024
AP yeni Avropa Komissiyasının bütün tərkibini təsdiqlədi
23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
23:04 / 20-11-2024
Ukrayna Britaniya raketi ilə Rusiyanı vurub?
20:25 / 20-11-2024
ABŞ bu raketlərlə də Rusiyaya zərbə endirməyə icazə verib
20:16 / 20-11-2024
“Düz edib onları müəllim adından məhrum edirik”
20:15 / 20-11-2024
Azərbaycanın Ukraynadakı səfirliyi vətəndaşlara çağırış etdi
13:56 / 20-11-2024
Evini əxlaqsızlıq yuvasına çevirən qadın həbs edildi
11:43 / 20-11-2024
Azərbaycan-Pakistan hərbi əlaqələrinin perspektivləri müzakirə edildi
11:41 / 20-11-2024
Qənirə Ataşovaya təhdid mesajları yazanlar kimlərdir? - Polis araşdırır
11:38 / 20-11-2024
Jurnalist gəlirlərinin 75 %-i vergidən azad olunur
Evli qadınlarla görüşüb ərlərindən şantajla pul tələb etdi
Azərbaycanda evli və varlı qadınlarla tanış olduqdan sonra onları hədələyərək külli miqdarda pul tələb etdiyinə görə həbs edilən Elçin Pirişovun cinayət əməlləri ilə bağlı detallar məlum olub.
GununNebzi.az məhkəmə materiallarına istinadən xəbər verir ki, Elçin Pirişov 2011-2018-ci illərdə bir çox evli qadınla tanış olaraq əvvəlcə onların etibarını qazanıb, cinsi əlaqədə olub, daha sonra intim görüntülərini əldə edib. Bundan sonra isə əlindəki məlumatları və görüntüləri yaymaqla, övladlarını öldürəcəyi ilə hədələməklə qadınlardan külli miqdarda pul alıb.
İttihama görə, Elçinin ilk belə fəaliyyəti 2011-ci ildə “odnoklassniki.ru” saytında Xırdalanda yaşayan qadınla tanış olması ilə başlayıb. Onunla münasibətləri dərinləşdikdən sonra fotoşəkillərdən və yazışmaların mətnindən ibarət rüsvayedici məlumatları internet səhifələrində, həmçinin sonuncuların övladlarının tədris aldıqları təhsil müəssisələrində yayacağı ilə hədələyib. Qadından ümumilikdə 31 min manat pul alıb.
Qadın ifadəsində göstərir ki, Elçin əvvəlcə onunla qız profili ilə yazışıb, daha sonra gerçək kimliyi üzə çıxıb. Bu müddətdə qadın ona öz ailəsindəki problemləri yazırmış. Elçin isə həmin məlumatları yayacağı, ərinə və uşaqlarına bildirəcəyi, ailəsini biabır edəcəyi ilə hədələyərək qadından pul istəyib. O, Elçinə əvvəlcə 5 min manat verib. Elçin növbəti dəfə şantaj edib pul tələb etməyə başlayanda qadın dözə bilməyib və başına gələnləri əri Ruslana (adlar şərtidir) danışıb. Lakin Elçin yenə də təhdidlərə davam edib və pul göndərməyəcəkləri təqdirdə cütlüyün oğlu Vaqifə və onun sinif yoldaşlarına anasının əxlaqsız qadın olduğunu deyəcəyini bildirib. Bundan sonra qadın və əri Elçinə daha 6200 manat veriblər.
Elçin bununla kifayətlənməyib və yenidən pul göndərməsələr, onların uşaqlarını öldürməklə hədələyib. Qadın və əri Elçinin əməlini sübuta yetirmək üçün evin qarşısına kamera yerləşdiriblər. Bunu başa düşən Elçin tələb edib ki, pulları balkondan atsınlar. Pulu yerə atdıqdan sonra üzünü gizlədən şəxs gəlib pulu götürüb gedib. Bu cür “alış-veriş” bir neçə-dəfə baş tutub. Elçin, ümumilikdə ailədən 31 min manat pulu hədə-qorxu ilə ələ keçirib.
Elçinin daha bir əməli 2013-cü ildə “odnoklassniki.ru”da tanış olduğu qadına qarşı olub.
O, Məleykə adlı qadınla dəfələrlə görüşərək intim yaxınlıq edib. Münasibətlərini dərinləşdirdikdən sonra mütəmadi olaraq ondan borc adı ilə pullar almağa başlayıb. Daha sonra öyrənib ki, qadının övladı Bakı Modern Məktəbində təhsil alır. O, qadının telefonundan övladının sinif yoldaşlarının imkanlı valideynlərinin, o cümlədən qaynı arvadı Rüxsarənin maddi vəziyyəti, yaşayış ünvanları, telefon nömrələri, özlərinin və ailə üzvlərinə xidmət edən sürücülərin idarə etdikləri avtomaşınlar və sair hallar barədə davamlı olaraq ətraflı məlumatları toplayıb.
Daha dəqiq desək, Bakı Modern Məktəbindəki şagirdlərin valideynlərindən ibarət vatsap qrupundan oradakı nömrələri götürüb, yazışmaları oxuyaraq valideynlər haqqında məlumatlar əldə edib. Daha sonra həmin qadınlarla tanış olmağa başlayıb.
Məleykənin əri Vahid onun Elçinlə münasibətlərini öyrəndikdən sonra məcbur edib ki, hadisəni etiraf etsin.
Qadın boynuna alıb ki, müxtəlif ünvalarda Elçinlə intim əlaqəyə girib. Hətta Məleykə əri və uşaqları ilə Türkiyəyə istirahətə gedərkən qaldıqları hotelə Elçini çağırıb və həmin hoteldə yan otaqda onunla intim əlaqədə olub. Elçin qadın və ərini hədələyib bu hadisəni onların qohumlarına çatdıracağını desə də, onlar Elçinə pul göndərməyiblər. Elçin isə qadın barəsində rüsvayedici məlumatlar olan ismarışları və çılpaq şəkillərini onun telefonundan götürdüyü qohum və tanışlarına göndərib. Məleykə istintaqa bildirib ki, Elçin eyni üsulla başqa qadınları da şantaj edərək pullarını alıb.
Elə həmin qadınlardan biri onun qaynı arvadı, AMEA-da işləyən şəxs olub.
Elçin həbs olunduqdan sonra Məleykənin telefonundan götürdüyü Rüxsarənin nömrəsinə hər gün həbsxanadan zəng edib.
Qadın əvvəllər ona soyuq münasibət göstərsə də, sonradan ona cavab verməyə başlayıb. Bir müddət sonra Elçin Rüxsarədən pul tələb edəndə, o, bununla razılaşmayıb. Ardınca Elçin onun haqqında topladığı məlumatları sadalayıb və övladını öldürməklə hədələyib. Elçin tanışı vasitəsi ilə həmin qadını və övladını izlətdirib. Getdikləri yerləri, hazırda nə etdiklərini zəng edib deyəndə Rüxsarə onun həqiqətən də təhlükəli adam olduğunu və övladını öldürə biləcəyini düşünüb. Elçin məcbur edib ki, Rüxsarə ona çılpaq şəkillər göndərsin. Şəkilləri göndərdikdən sonra hədə-qorxu ilə Rüxsarədən əvvəlcə 10 min manat alıb. Daha sonra 3 dəfə fərqli vaxtlarda tanışları vasitəsilə ümumilikdə 18 min dollar ala bilib.
Elçin Pirişov Rüxsarəni onunla görüşməyə vadar edib. Birinci görüşdən sonra Elçin ikinci görüş tələb edib və bu dəfə cinsi əlaqədə olacaqlarını bildirib. Onlar cinsi əlaqədə olduqdan sonra isə Elçin Rüxsarədən 50 min manat pul tələb edib. Əks təqdirdə cinsi əlaqədə olmalarını yaymaq və oğlunu öldürməklə hədələyib. Elçin hüquq-mühafizə orqanlarında və kriminal aləmdə dostları olduğunu deyərək qadını daha da qorxudub. Bundan sonra Rüxsarə 14 min dollar və 11.160 manat pulu Elçinə verib. Bütün bu hadisələrin sonunda Elçin ondan ümumilikdə 76 min 800 manat pulu hədə-qorxu və şantaj yolu ilə əldə edib.
Elçin Pirişov isə ifadəsində deyib ki, Məleykənin qaynı arvadı Rüxsarə ilə 26 avqust 2018-ci ildə də intim əlaqədə olub.
Cinayət işinin davamını növbəti yazıda təqdim edəcəyik.
Qeyd edək ki, bu ilin aprel ayında Elçin Pirişov Penitensiar Xidmətin Müalicə Müəssisəsində vəfat edib. Ölüm səbəbi açıqlanmasa da, onun ağır xəstəlikdən əziyyət çəkdiyi bildirilib.(Qafqazinfon)
Bölməyə aid digər xəbərlər

Tarix: 4-09-2021, 16:04 Oxunub: 260
Bölməyə aid digər xəbərlər
23-08-2020, 14:30
Azərbaycanda iki bacı ilə evlənən keçmiş məhkumların SENSASİON PLANI - 300 minlik dələduzluq
28-04-2021, 13:27
İntim fotolarını yayacağı ilə hədələyib görüşməyi tələb etdi
20-02-2021, 14:14
Şantajla pul alan şəxsə cinayət işi açıldı
28-04-2021, 10:04
Bakıda şantajla gənc oğlandan xeyli miqdarda pul alan şəxslə bağlı araşdırma aparılır.
14-01-2021, 19:06
Vüqar Səfərlini 14 ilədək azadlıqdan məhrum edilə bilər