09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
“Baş memar icra başçısının bacısı oğlu ilə birgə o evləri sökürdü”

“Baş memar icra başçısının bacısı oğlu ilə birgə o evləri sökürdü”

Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron Rayon İcra Hakimiyyətinin baş memarı Akif Əliyev, İH-nin mütəxəssisi Babək Zalıyev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

GununNebzi.az
xəbər verir ki, hakim Əli Məmmədovun sədrlik etdiyi iclasda şahidlər dindirilib.

2016-2019-cu illərdə Məhəmmədi bələdiyyəsinin sədri olmuş Xaləddin Məmmədov istintaqa verdiyi ifadəni təsdiq etməyib.

O bildirib ki, müstəntiqin yazdığı hazır sənədə qol çəkib: “Həmin ərəfədə səhhətimdə problem var idi. İşi araşdıran müstəntiq mənimlə cəmi 5 dəqiqəlik görüşüb getdi. Müstəntiq ittihamı özü yazıb gətirmişdi, mən oxumadan qol çəkdim. Təqsirləndirilən şəxslərdən Akif Əliyevdən başqa heç kimi tanımıram”.

Daha sonra hakim X.Məmmədovun istintaqa verdiyi ifadəsini elan edib.

İfadəyə görə, X.Məmmədov bildirib ki, işlədiyi müddətdə onun icazə verdiyi ərazilərdə heç bir tikinti aparılmayıb: “Baş memar Akif Əliyev və Abşeron İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın bacısı oğlu Babək Zalıyevin himayəsi altında Seymur adlı şəxs ərazidəki tikintilərə icazə məsələlərini həll edirdi. Onlar ev tikmək istəyən şəxslərə müəyyən miqdarda pul alıb tikintiyə icazə verirdilər. Pul verməyən şəxslərin tikdiyi evlər sökülürdü”.

Növbəti proses sentyabrın 13-ə təyin olunub.

Xatırladaq ki, icra başçısı İradə Gülməmmədovanın bacısı oğlu Babək Zalıyev istintaq zamanı azadlıqda qalıb. Fevralın 2-də keçirilən hazırlıq iclasında hakimin qərarı ilə məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, iş üzrə təqsirləndirilən şəxslərə CM-nin 311.2-ci (rüşvət alma), 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittihamlar irəli sürülüb.

(Qafqazinfo)

Tarix: 7-09-2021, 12:15 Oxunub: 93


Bölməyə aid digər xəbərlər