16:32 / 17-11-2024
Sabahın havası açıqlandı
Alim Qasımovun kürəkəninə HÖKM OXUNDU

Alim Qasımovun kürəkəninə HÖKM OXUNDU

Xalq artisti Alim Qasımovun kürəkəni Elnur Mövlamovun cinayətin işi üzrə məhkəmə prosesi başa çatıb.

GununNebzi.az
xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm elan olunub.

Məhkəmənin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdə qeyd olunub ki, Tamilla Aslanovaya dəymiş 51 620 manat ziyanla bağlı mülki iddia təmin edilsin.

Xatırladaq ki, Alim Qasımovun qızı Fərqanə Qasımovanın həyat yoldaşı qızıl-zinət əşyaları və pul oğurlamaqda təqsirli bilinir.

Zərərçəkmiş qismində tanınan şəxslər Xalq artistinin həyat yoldaşı Tamilla Aslanova və qohumu Rəşadət Fərzəliyevdir.

Qeyd edək ki, E.Mövlanov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 180.2.4 (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədilən soyğunçuluq) maddələri ilə ittiham olunur.(report)

Tarix: 7-09-2021, 13:41 Oxunub: 180


Bölməyə aid digər xəbərlər
16-02-2021, 13:25 Ramiz Qazaxlıya hökm oxundu