16:32 / 17-11-2024
Sabahın havası açıqlandı
Polisi söyüb geyimini çıxaran şəxs tutuldu

Polisi söyüb geyimini çıxaran şəxs tutuldu

Sentyabrın 8-də Sabirabad rayon polis şöbəsinin əməkdaşlarına qarşı zor tətbiq olunub.

Prokurorluqdan verilən məlumata görə, şəhərin H.Əliyev prospektində “VAZ 2106” markalı 10-CE-632 dövlət qeydiyyat nişanlı avtomobilinin sürücüsü Azər Həsənov qayda pozuntusuna yol verdiyinə görə həmin ərazidə xidmət aparan Sabirabad RPŞ-nin DYP Bölməsinin yol patrul xidməti əməkdaşları Naməddin İbrahimov və Ramik Rəhimov tərəfindən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilib.

A.Həsənov bu səbəbdən polis əməkdaşlarını nalayiq ifadələrlə söyüb-təhqir edib, onlara hücum edərək geyim formasını çıxarıb, eləcə də, zor tətbiq etməklə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

Azər Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Tarix: 9-09-2021, 10:57 Oxunub: 254


Bölməyə aid digər xəbərlər