09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
16:32 / 17-11-2024
Sabahın havası açıqlandı
Azərbaycanda 9 il əvvəl törədilmiş cinayətin ÜSTÜ AÇILDI

Azərbaycanda 9 il əvvəl törədilmiş cinayətin ÜSTÜ AÇILDI

Neftçala rayonunda ərini 9 il əvvəl öldürüb meyitini kolluğa atan şəxsin məhkəməsi başlayır.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, 2013-cü ilin fevralın 9-da Neftçala rayon sakini Mənəfov Mayis Nazim oğlunun Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən qəbiristanlığın yanındakı kolluq ərazidə çürümüş vəziyyətdə meyitinin aşkar edilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, lakin cinayəti törətmiş şəxsin müəyyən edilməsi mümkün olmayıb.

İstintaqla müəyyən edilib ki, zərərçəkmişin arvadı Dilşad Mənəfova 27 dekabr 2012-ci il tarixdə birgə yaşadıqları evdə olarkən saat 21:00 radələrində əri Mayis Mənəfov ilə aralarında qısqanclıq zəminində yaranmış mübahisə zamanı sonuncunu öldürmək qərarına gələrək sərxoş vəziyyətindən istifadə edib mətbəx bıçağı ilə onun kürək nahiyəsinə zərbə vuraraq qəsdən öldürüb. Daha sonra törətdiyi cinayəti gizlətmək məqsədilə qardaşlarının köməkliyi ilə 28 dekabr 2012-ci il tarixə keçən gecə qonşuların yatmasından və ətrafda heç kimin olmamasından istifadə edib meyiti avtomobil ilə daşıyaraq qəbiristanlığın yanındakı kolluq əraziyə atıb.

2021-ci ilin iyulun 12-də Dilşad Mənəfova Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Tarix: 10-09-2021, 10:21 Oxunub: 139


Bölməyə aid digər xəbərlər