02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Şirkət direktorunu bıçaqlayan bacıoğluya hökm oxundu

Şirkət direktorunu bıçaqlayan bacıoğluya hökm oxundu

Gəncə Ağır Cinayətlər Məhkəməsində Bərdədə dayısını bıçaqlamaqda təqsirləndirilən Orxan Fərəcbəylinin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

GununNebzi.az
xəbər verir ki, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, O.Fərəcbəyli 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şikayət Gəncə Apellyasiya Məhkəməsində araşdırılır.

Qeyd edək ki, hadisə 2020-ci ilin may ayında Bərdə rayonunun Şərəfli kəndində baş verib.

Kənd sakinləri Şamil Qasımov və O.Fərəcbəyli arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib. O.Fərəcbəyli bıçaqdan istifadə etmək istəyərkən Ş.Qasımovun atası Məzahir Qasımov araya girərək onları aralaşdırmağa çalışıb.

Bu zaman O.Fərəcbəyli dayısı M.Qasımova 3 bıçaq zərbəsi vurub.

Ona Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham verilib.

“Azərtoxum” MMC-nin direktoru M.Qasımov 2005-2010-cu illərdə Bərdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.(Manşet.az)

Tarix: 11-09-2021, 16:53 Oxunub: 169


Bölməyə aid digər xəbərlər
16-02-2021, 13:25 Ramiz Qazaxlıya hökm oxundu