23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Azərbaycanda metil spirtindən daha bir nəfər öldü - RƏSMİ

Azərbaycanda metil spirtindən daha bir nəfər öldü - RƏSMİ

gununnebzi.az “Metil spirti ilə zəhərlənmədən daha bir nəfər ölüb”.

Bu barədə 1 saylı Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov məlumat verib.

O bildirib ki, son 10 gün ərzində metil spirtindən zəhərlənmə ilə xəstəxanaya daha üç nəfər müraciət edib:

“Metil spirtindən zəhərlənənlər əksər hallarda kişilər olur. Müraciət edən üç nəfərdən biri ölüb, ikisinin müalicəsi isə davam edir. Bundan başqa, iki nəfər sirkə turşusundan, üç nəfər də dəm qazından zəhərlənmə ilə müraciət edib.

Onlar arasında ölüm faktı qeydə alınmayıb. Ümumilikdə, ötən müddət ərzində zəhərlənmələrin sayında ciddi artım müşahidə olunmayıb”.


Tarix: 27-04-2020, 16:00 Oxunub: 108


Bölməyə aid digər xəbərlər